sif. [ər. ecaz və fars. ...kar] Xariqüladə, möcüzələr yaradan, hər kəsi heyrətə salan. ..[Kərim xanın] sağlam vücudu ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. M.İbrahimov. Bu daxili həyəcan, ecazkar bir qüdrətlə bütün şagirdləri .. ürəkdən tərpədir və bütün gücü ilə tutub silkələyirdi. S.Rəhimov. Aradan uzun, .. xeyli uzun illər keçmişdir. Lakin sənətin o ecazkar səsi unudulmamışdır. İ.Əfəndiyev.
← ECAZ

is. [ər.] 1. klas. Möcüzə, misli görünməmiş şey, xariqə.

EDADI →

[ər.]: edadı məktəb – 1917-ci il aprel inqilabından sonra ibtidai və rüşdiyyə məktəblərindən sonra gələn və şagirdləri ali məktəbə hazırlayan məktəbin köhnə adı.