Azərbaycan dilinin izahlı lüğətində EFFEKTLİ sözün mənası. Толковый словарь азербайджанского языка.

sif.
1. Təsirli, güclü təsir, effekt bağışlayan, effekt yaradan. Xüsusən finalda bol meyvəli alma ağaclarının bir-birinin dalınca səhnəyə doğru enməsi əsərin məzmunu ilə həmahəng və effektlidir. M.Arif.
2. Lazımi nəticə verən, istənilən nəticəni verən. Atom enerjisindən xalq təsərrüfatının bir sıra sahələrində də (xüsusən biologiya ilə əlaqədar) çox ucuz və effektli təsiri olan atomun bölünməsi məhsulları şəklində geniş istifadə edilməkdədir. A.Qarayev.
← EFFEKTİVLİK

is. Təsirlilik, təsir bağışlama qabiliyyəti, dərəcəsi.

EFİ́R →

[yun.] 1. Qədim yunanların təsəvvürüncə: havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi.