Azərbaycan dilinin izahlı lüğətində EFİR sözün mənası. Толковый словарь азербайджанского языка.

[yun.]
1. Qədim yunanların təsəvvürüncə: havanın ən yuxarı, sadə, təmiz və şəffaf təbəqəsi.
2. Dünyanı əhatə edən hava, radiodalğalarının yayıldığı fəza. Efir iclas salonunun təntənəli səsini xəbər verdi. Ə.Vəliyev. Efirdə qarışıb səslər səslərə; Yalanlar titrəyir; Əsir havada. B.Vahabzadə.
3. Keçmişdə təsəvvür edildiyinə görə, havadan daha xəfif olub, fəzanı dolduran işıq, hərarət, elektrik və s.-nin yayılması üçün vasitə olan axıcı cisim, maddə.
4. kim. Xarakter iyi olan rəngsiz uçucu maddə, üzvi birləşmə (təbabətdə, ətriyyat istehsalında, texnikada işlənir). Efir iyi. ◊ Efir yağı – bəzi bitkilərin tərkibində olan xoşiyli uçucu yağlı maye (sənayenin bəzi sahələrində və təbabətdə işlənir).
← EFFEKTLİ

sif. 1. Təsirli, güclü təsir, effekt bağışlayan, effekt yaradan.

EFİRLİ →

sif. Tərkibində efir olan. Efirli maddələr. Efirli bitkilər. Efirli dərman.