EHMALLICA

zərf Sakitcə, astadan, yavaş-yavaş, ehtiyatla, üsulla. Ehmallıca çıxıb getmək. Ehmallıca qapını döymək.
– At sahibi ilə ev sahibi çuvalları atın üstündən ehmallıca alıb apardılar və sonra atı içəri çəkib qapını bağladılar. Ə.Haqverdiyev.
Rüstəm bəy diksindi, qolunu ehmallıca xanımın qolundan xilas etdi. Çəmənzəminli.
Ağaclar yetişmiş sarı, dolu, sulu, şirin armudu ehmallıca yerə buraxır. Mir Cəlal.

Antonimlər (əks mənalı sözlər)

  • EHMALLICA EHMALLICA – CƏLD Rüstəm bəy diksindi, qolunu ehmallıca xanımın qolundan xilas etdi (Çəmənzəminli); Anası cəld ayağa qalxıb, həyətə gəldi (Mir Cəlal)
EHMALLI
EHMALLIQ

Digər lüğətlərdə

друг с дру́жкой напосле́дках нахвали́ть опосля́ поуби́ть припа́риваться ризо́идный тривиа́льно фалл ве́щий обо́йщик отщепе́нка позёрка раскле́иться стереоко́мплекс эсэ́совец кляча ятерь choli knee-jerk Lebensraum reproductive бескостный останавливать трепание