ERKƏK

sif.
1. Kişi cinsinə mənsub fərd. Erkək at. Erkək arı. – Aslanın erkəyi, dişisi olmaz. ( Ata. sözü ).
Ağacların arasından qəfildən oldu əyan; Yaraqlı erkək at üstündə bir neçə oğlan. A.Səhhət.
Rəhmətlik atam Güloğlan anamı o qədər qısqanırdı ki, evdə nə erkək qoyun, nə də xoruz saxlardı. M.S.Ordubadi.
Dəstənin üç baş inəyi, beşaltı erkək danası, səkkizə qədər də atı vardı. M.Hüseyn.

// is. Erkək qoyun, qoç.
Erkək kəsib, ağır məclis qururdu; Şülən çəkilirdi malların, dağlar! Aşıq Ələsgər.
Cəmisi bir neçə gün əvvəl birinci dəfə Qarabağdan Bakıya gələn Gəray ağa, Cavanşirin mətbəxi üçün təzə erkək əti, şit yağ, əla düyü gətirmişdi. S.Rəhimov.

2. is. Kişi mənasında.
Fisqü-fücur həddən aşıb Şişədə; Erkəyi, dişisi yaman peşədə. Q.Zakir.
Şən balalar, dağ gövdəli erkəklər; Gözəl qızlar, qara tellər bizimdir. A.Şaiq.
…Qadın və erkəklər məhkəmə salonunda deyil, məhkəmə binası qarşısında durmaq məcburiyyətində qalmışlardı. T.Ş.Simurq.

3. məc. sif. Kişi kimi möhkəm, güclü.
[Ceyran] istehsalatda çalışan erkək ruhlu, gülərüzlü bir yoldaş idi. S.Hüseyn.

4. məc. Qaba, kobud, nəzakətsiz mənasında. Erkək zarafatı eləmək.
◊ Erkək Tükəzban – kişi təbiətli, özünü kişi kimi aparan, kişi ədalı, bir qədər qaba qadın haqqında.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ERKƏK I ERKƏK (erkək qoyun) Erkək kəsib, ağır məclis quruldu (Aşıq Ələsgər); QOÇ Qoç döyüşünə qoç dözər (Ata
  • ERKƏK kobud — qaba
  • ERKƏK kişi

Etimologiya

  • ERKƏK Hündür mənasını verən ər (ör) sözü mövcud olub. Üstə (hündürə) qalxmaq ərkə (örkə) sözü ilə ifadə olunub
ERKƏC
ERKƏKCƏ
OBASTAN VİKİ
Erkək ayıdöşəyi
Erkək ayıdöşəyi (lat. Dryopteris filix-mas (L.) Schott ) - ayıdöşəyi cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 20-100(140) sm olan çoxillik bitkidir. Qısa, yoğun kökümsovu köhnə saplaqların qalıqları ilə əhatə olunmuşdur. Uzunluğu 100 sm qədər olan uzunsov elliptik formalı yarpaqları ikiqat lələkvaridir, yarpaq ayası saplağından uzundur. Sporları oval tumurcuqvari, pipikcikli və ziyilciklidir.Çoxillik sporlu bitkidir. Kök üstündə olan iri yarpaqlarının uzunluğu 1-2 m-ə çatır. Yerüstü gövdəsi yoxdur. Kökümsovu möhkəm, çəpinə qalxan və ya üfiqi, saplaqlı köhnə (keçən ilki) yarpaqlara malikdir. Kökləri incə, zərif, azbudaqlanan, sərt, qonurumtul seyrək kökümsovdan ibarətdir.
Erkək qıjı

Erkək səhləb
Erkək səhləb (lat. Orchis mascula) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü.
Erkəkciyi tükcüklü ətirşah
Erkəkciyi tükcüklü ətirşah (lat. Geranium eriostemon) - ətirşah cinsinə aid bitki növü.

Digər lüğətlərdə

кари́бы му́сор окиркова́ть ославля́ться подряди́ть стани́ца зата́иваться зато́ркать лени́вец отго́нный отряхну́ть под спу́дом пригля́дывание разнена́ститься шпига́т штиль абрек преферанс Englishman Lucullian milkmaid outward re-done unci Yeniseisk