EROTİ́K

sif. [ yun. ] Erotikaya aid, erotika ilə dolu; şəhvani hisslər ifadə edən. Erotik şeir.
– …Azərbaycan şairləri arasında əsərlərinin çoxu erotik məzmun daşıyan Dilsuz, Raci, Qumri, Dəxil və başqaları məşhurdur. F.Köçərli.

ERMƏNİCƏ
ERÓTİKA
OBASTAN VİKİ
Erotik film
Erotik film - kinematoqrafiyanın janrlarından biridir. Pornoqrafik filmlərdən fərqli olaraq bu filmlərdə personajların bədənlərinin çox hissəsi göstərilmir. Bu janrda çəkilən film seanslarına pornoqrafik filmlərdə olduğu kimi 18 yaş üzəri olan şəxslər buraxılır. Ən çox ABŞ və Avropa ölkələrində bu janrda film çəkilir. O cümlədən bəzi Azərbaycan filmlərində də erotik səhnələrə rast gəlmək olar.
Erotik incəsənət
Erotik incəsənət təsviri incəsənətin geniş bir sahəsidir. Bunlar ümumiyyətlə insan çılpaqlığını təsvir edən və cinsi stimulyasiyaya yönəlmiş hər hansı bir incəsənət əsəridir. Bu, çox zaman bədii təsviri incəsənət əsərlərinin azadlığı hesab olunur. Ona, rəsmlər, rəsmxətlər, oymalar, filmlər, fotoşəkillər və heykəllər daxil olmaqla bütün təsviri incəsənət əsərləri daxildir. Məlum olan ən qədim sənət əsərlərindən bəziləri tarix boyu müxtəlif cəmiyyətlərdə təkrarlanan erotik mövzuları əhatə edir. Bununla bərabər, onlar "pornoqrafik", "əxlaqsızlıq" və ya "ədəbsizlik" hesab olunduqda, onların yaradılmasını, yayılmasını və saxlanmasını məhdudlaşdıran qanunlar da bir çox cəmiyyətlərdə geniş şəkildə tabu sayılmışdır. Avropada İntibah dövründən başlayaraq xüsusi olaraq aristokratiya üçün yaradılmış erotik incəsənət ənənəsi mövcuddur.
Erotik komediya
Erotik komediya, seks komediyası və ya cinsiyyət komediyası — komediyanın seksuallıq və sevgi münasibətlərinin motivasiya olunduğu bir janrıdır. Erotik komediya ilk əvvəllər teatr və kino kimi dramatik formaların tərifi olmuş, daha sonralar isə Ovid və Chaucer kimi ədiblərin yaratmış olduqları ədəbi əsərlər erotik komediya janrında olan ədəbi əsərlər sayılmağa başlanmışdırlar.
Erotik laktasiya
Erotik laktasiya, yaxud da erotik əmmə — qadının məməsini və döşünü əmmək yolu ilə yaradılan cinsi oyanmadır. Döşlər və xüsusilə məmə ucları həm kişilər, həm də qadınlar üçün yüksək dərəcədə erogen zonalardırlar. Qadınlarda döş gilələrinin və döş uclarının oyandırılması insanların seksual tərəflərinin demək olar ki, universal aspektidir, lakin kişilərdə döş giləsi o qədər də seksual baxımdan həssas deyildir.
Erotik masaj
Erotik masaj — bir insanın başqa bir insanın erogen zonalarında cinsi həzz alması üçün istifadə edilən masaj üsullarından biri. Proses, erotik masaj alan şəxsin cinsi oyanmasını təmin edə və ya artıra, həmçinin də bəzən orqazma çatmasına səbəb ola bilər. Fokus zonası qadınlarda qadın döşü, döş giləsi, areola və qasıq kurqanı, kişilərdə isə kişi reproduktiv sistemidir. Masaj partnyorun cinsi orqanlarına aid olduqda, hərəkət aktı adətən kişilər üçün əllə, qadınlar üçün isə barmaqlarla həyata keçirilir. Bu gün erotik masaj zəng qızları kimi bəzi insanlar tərəfindən, zaman zaman cinsi əlaqənin bir hissəsi, ya ön sevişmə, ya da cinsi əlaqənin son hərəkət aktı, ya da cinsi terapiyanın bir hissəsi kimi istifadə olunur. Bəzi ölkələr və şəhərlərdə masaj salonları, spa və saunalar kimi böyük kommersiya məqsədləri üçün fəaliyyət göstərən erotik masaj sənayeləri də mövcuddur.
Erotik rəqs
Erotik rəqs erotik əyləncə təmin edən və məqsədi tamaşaçıların erotik və ya cinsi düşüncələrini stimullaşdırmaq olan rəqs növüdür. Erotik rəqs mərasim rəqsi, iştirak rəqsi, performans rəqsi və sosial rəqs də daxil olmaqla bir neçə rəqs kateqoriyasından biridir.
Erotik ədəbiyyat
Erotik ədəbiyyat — bir fərd və ya qrup formasında insanın erotik həyatını müşahidə edən, etiraf edən, tənqid edən, dadaist və bu kimi üsullarla üzə çıxaran ədəbiyyat növüdür. İlk və ən uğurlu nümunələri Pierre Louys, Sappho və Marquis de Sade kimi adlarla əlaqədar olmuşdur. == Senzura == Fransız ədəbiyyatında əsas yerini tapan bu janr Son Amerika dövründə də özünə böyük diqqət cəlb etməyi bacarmışdır. Dünyadakı mövcud bu janrda olan əsərlərin böyük əksəriyyəti senzuralara və qadağalara məruz qalmışdırlar.
Erotik təsvirlərin tarixi
Erotik təsvirlərin tarixinə təkcə rəsmlər deyil, həm də heykəltəraşlıq, fotoqrafiya, dramatik incəsənət, erotik musiqi və yazılar da daxildir, həmçinin erotik təsvirlər bəşər tarixinin demək olar ki, hər bir dövründə müxtəlif sivilizasiyalar tərəfindən təsvir edilmişdir. Qədim yunanlar və romalılar erotik sayıla biləcək bir çox sənət əsərləri yaratmışdırlar. Son zamanlar kommunikasiya texnologiyaları inkişaf etməyə başlamış və bunun nəticəsində fotoşəkil formasında pornoqrafiya, video formasında pornoqrafiya, çap pornoqrafiyası kimi texnikalar yayılmağa başlanmışdır. Ən erkən məlum olan erotik təsvirlər Paleolit və Mezolit dövrlərinə aiddir, bu dövrdə insanlar tez-tez mağaralarda heyvan şəkilləri çəksələr də, insan cinsi orqanlarının rəsmləri də bəzən divarlara həkk edilirdi. Qədim sivilizasiyalar tez-tez cinsi aktı fövqəltəbii güclərlə əlaqələndirirdilər, buna görə də onların dinləri bu cür təsvirlərlə iç-içədir. Hindistan, Nepal, Şri-Lanka, Yaponiya və Çin kimi Asiya ölkələrindəki yerli dinlərdə seksin və erotik təsvirlərin müəyyən mənəvi mənaları mövcuddur. Eyni formada, qədim yunanlar və romalılar da öz dini inancları və mədəni təcrübələri ilə birləşdirilən bir çox erotik sənət və bəzək əsərləri yaratmışdırlar . Müasir pornoqrafiyanın ən erkən nümunələri ədəbsiz təsvirlərin Avropa incəsənətindəki ənənəvi cinsi təsvirlərdən fərqləndiyi XVI əsrə təsadüf edir. Sonralar pornoqrafiya fotoqrafiya, kino, video, kompüter və internet də daxil olmaqla hər bir yeni vasitəyə uyğunlaşdırılmışdır. Bəzi spesifik cinsi aktlar qanunla tənzimlənsə və ya qadağan edilsə də, 1857-ci ilə qədər heç bir ölkədə təkcə onları təsvir edən əşyalara və ya şəkillərə baxmaq qanunsuz deyildi.
Dünya Erotik Sənət Muzeyi
Dünya Erotik Sənət Muzeyi (ing. The World Erotic Art Museum) — ABŞ-nin Florida ştatının Mayami Biç şəhərində yerləşən muzey. Muzeyin sahibi Naomi Vilziqdir. == Tarixi == Daha əvvəldən gəzinti sərgilərlə xidmət edən muzey 2005-ci ildən Florida ştatında daimi bir məkana sahib olmuşdur. == Eksponatları == Bu muzeyin dünyanın ən böyük erotik sənət kolleksiyasına sahibdir.
Erotik Kabus hekayəsi (film, 1987)
Erotik Kabus hekayəsi (ing. Erotic Ghost Story) — 1987-ci ildə çəkilən filmdir. == İstinadlar == == Xarici keçidlər == Erotik Kabus hekayəsi — Internet Movie Database saytında.
Erotika
Erotika və ya Erotizm sözü qədim yunan mifologiyasındakı məhəbbət ilahı sayılan Erosun adından götürülmüşdür. Sözün geniş mənasında həm iki cinsin (yəni kişi və qadın) cinsi yaxınlığındakı, həm də bütün insanların arasında mövcud olan dostluq və sevgi formasındakı eşqin bütün növlərini əhatə edir. Amma bu söz zaman keçdikcə öz ilkin mənasını tamamilə itirmişdir. Bu gün erotik deyincə ağıla gələn cinsi ehtiyacların fiziki və mənəvi ölçüləri və cinsi eqoları təmin etmək məqsədilə edilən hərəkətlər, davranışlar, oyunlar, moda və incəsənət kimi ictimai hadisələr başa düşülür. Bu anlayışına görə də, hal-hazırkı dövrdə erotika və ya erotizm sözünün mənası cinsi ehtiyacların sərhədlərini keçmir. Erotizm anlayışı pornoqrafiyaya yaxın olsa da, pornoqrafiya sərhəd tanımaması ilə erotikadan fərqlənir.

Digər lüğətlərdə

бессвя́зно вреди́тельный да чего́ уж лимфоци́ты по-куве́йтски поколоти́ться прочища́ть сму́рый стря́пчий выпра́стывать отстоя́ние перекре́стье психофизиоло́гия пузы́ристый трамбова́ние глек мириада drawing-frame label laurel sparkproof triseme бракоразводный поровну тамариск