ESTAKÁDA

is. [ fr. ] Hərəkət çox olan yerlərdə nəqliyyatın hərəkətini, gəmilərin yan almasını, yaxud yükləmə və boşaltma işlərini yüngülləşdirmək üçün körpü şəklində qurğu.
// Dənizin dibindən neft və qaz çıxarmaq üçün üzərində neft buruqları və s. təsisat qurulan metal dirəklər üzərində dayanan uzun və böyük körpü.
Neft Bakısı üçün səciyyəvi olan sənaye mənzərəsi – dənizi yarıb keçən polad estakadalar, … ayrı-ayrı buruqların yerləşdiyi süni adalar əlcəzairli qonaqları valeh etmişdir. (Qəzetlərdən).

ESTAFÉT
ESTÉT
OBASTAN VİKİ
Estakada nəqliyyatı
Estakada nəqliyyatı ― yol xəttləri viaduk və ya digər yerüstü tikilidə (adətən polad, çuqun, beton və ya kərpicdən ibarət) yerləşən sürətli dəmir yolu. Dəmir yolu geniş, standart və ya darraylı, yüngül relsli, monorelsli və ya asma tipli ola bilər. Estakada dəmir yolları adətən şəhər yerlərində olur ki, çoxsaylı dəmir yolları keçidləri salınmasın. Polad viadukları üzərində hərəkət edən estakada nəqliyyatını adətən küçə səviyyəsindən görmək mümkün olur. == Tarixi == 1836-1838-ci illər arasında 878 tağlı kərpic viaduki üzərində inşa edilmiş London və Qrinviç dəmir yolu ən birinci estakada nəqliyyatı hesab olunur. 1840-cı ilə aid London və Blekuoll dəmir yolunun ilk 4 kilometri də viaduk üzərində inşa edilmişdir. 1840-cı illərdə əlavə estakada dəmir yollarının tikilməsi planlaşdırılsa da, heç biri realizə olunmadı.1860-cı illərin sonlarından etibarən ABŞ şəhərlərində də estakada nəqliyyatı populyarlaşdı. Nyu-York Vest Sayd və Yonkers patent dəmir yolu 1868-ci ildən 1870-ci ilədək kanat tramvayı kimi fəaliyyət göstərirdi, sonradan isə lokomotivə keçdi. Onun ardınca 1875-ci ildə Manhetten dəmir yolu, Sauz Sayd estakadası, Çikaqo (1892–) və Boston estakadları yarandı. Çikaqo tranzit sistemin estakada tipli olduğu üçün qısaca "L" olaraq tanınır.
N. Nərimanov adına NQÇİ-də estakada qəzası
N. Nərimanov adına NQÇİ-də estakada qəzası — "Azneft" İstehsalat Birliyinin Nəriman Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçması nəticəsində baş vermiş qəza. Hadisə 2016-cı ilin 15 dekabr tarixində yerli vaxtla saat 05:00-də baş vermiş, səbəb kimi isə Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək göstərilib. == Arxa plan == 41 metr/saniyə sürəti ilə əsən güclü külək Azneft İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurmuşdur. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.Estakadada bütün əlavə işlər dayandırılsa da, zərurətə görə Neft Yığım Məntəqəsində növbədə olan 10 nəfər neftçi itkin düşmüşdür. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunmuşdur. Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azneft İB-nin rəhbərliyi qəzadan sonra hadisə yerinə yollanmışdır. Həmin gün baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində (Bakı şəhəri, Neftçilər Prospekti 73) qərargah yaradılmışdır.

Digər lüğətlərdə

-ал- гормоно́иды затолкова́ть интерве́нтский легенда́рно на ра́достях неговорли́вый опу́тывать прео́стро са́ква сма́чивание упе́чь пре́данный раздва́иваться сонасле́дник уе́зживать циркуля́ция Сейм Dinocerata lunation overcrow registry office вахтенный горе- улюлюкать