EVLİ-EŞİKLİ


1. sif. Ailəsi, evi, dirriyi olan. Evli-eşikli kişi. Evli-eşikli olmaq.
[Xınalıq] kəndinin çox dəcəlləri gözümüzün qabağında böyüyüb, evli-eşikli (z.) kişi olub. R.Rza.
[Kosaoğlu:] Ay Nəsib, sən də lap gülməli adamsan.
Bu sözləri bir evlieşikli, arvadlı-uşaqlı adam desəydi, dərd yarı idi. İ.Şıxlı.

2. top. Bütün ailə birlikdə, bir yerdə, hamılıqla.
[Səfi:] Atam-anam sənə qurban olsun, padşah! Keşiş budur, üç aydır ki, evlieşikli bu vilayətdən qaçıbdır. Ü.Hacıbəyov.

EVLİ
EVLİK
OBASTAN VİKİ
Evli
Molla Eyyublu — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən şimal-şərqdə yerləşir. 31 dekabr 1937-ci ilə kimi, Kalinino rayonu təşkil edilənə qədər Cəlaloğlu (Stepanavan) rayonun tərkibində olmuşdur. Mənbələrdə kəndin digər adlarının Molla Eyyub, Molla Yublu, Norvruz xaraba olduğu da göstərilir. Toponim eyyublu etnonimi əsasında əmələ gəlib «eyyublu tayfasından olan mollaya məxsus kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı əvvəllcə dəyişdirilib Evli qoyulmuş, sonra Ermənistan prezidentinin 19.04.1991-ci il fərmanı ilə adı dəyişdirilərək Dzaramut adlandırılmışdır. == Əhalisi == Kənddə 1886-cı ildə 58 nəfər, 1897-ci ildə 169 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin martında azərbaycanlılar deportasiya olunmuş, yalnız indiki Ermənistan sovet hakimiyyəti qurulandan sonra kənd sakinləri öz kəndlərinə dönə bilmişdir.
Evli buta
Buta (butə, puta) – qönçə; badamabənzər naxış növüdür. Azərbaycan ornament sənətinin çox yayılmış bəzək elementlərindən biri. == Etimologiyası == Birmənalı olaraq, «buta/puta» sozünün ilkin mənası qədim türk xalqlarının mifoloji təsəvvürlərində sakral xarakter daşıyan rəmzlə bağlıdır. Zərdüşt təliminə əsasən, buta Günəşin, müqəddəs odun rəmzi, insanı bədnəzərdən, xəstəliklərdən qoruyan pak alov dilinin stilizə olunmuş təsviridir. Azərbaycanın toponimikasında, folklorunda, tətbiqi sənətində, memarlığında bu arxetipin forma və varianları ilə bağlı çoxsaylı misallar çəkmək olar: Misir ehramlarının yaşıdı sayılan Qız qalasının konturları yüksəklikdən butaya bənzəyir. Bakı şəhərinin heraldik rəmzində də buta təsvir olunmuşdur. Butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğu ehtimal edilir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilmişdir. Buta Orta Asiya və Yaxın Şərq ölkələrinin də (Hindistanın tirmə şallarında, İranın parça və metal məmulatlarında və s.) dekorativ və tətbiqi sənətində geniş yayılmışdır. Butalar forma etibarı ilə 4 qrupa bölünür: Xalça bəzəyində işlədilən butalar ("Muğan-buta", "Salyan-buta", "Xilə-buta", "Bakı-buta", "Sarabi-buta", "Gəncə-buta", "Şirvan-buta"); Ailə həyatını təmsil edən butalar ("bala-buta", "həmli-buta", "balalı-buta", "evli-buta", "qoşaarvadlı-buta" və s.); Rəmzi mahiyyət daşıyan butalar ("cıqqa-buta", "lələk-buta", "küsülü-buta", "qovuşan-buta", "yazılı-buta" və s.); Bu qrupa müxtəlif formalı butalar daxildir: "saya-buta", "əyri-buta", "dilikli-buta", "qıvrım-buta", "şabalıd-buta", "zərxara-buta", "badamı-buta", "qotazlı-buta", "çiçəkli-buta", "yanar-buta" və s.
Evli qayalar
Meoto İva (夫婦岩) və ya Evli qayalar – Yaponiyanın Mie prefekturasının Futami sahillərində yerləşən iki qaya parçası. Bu qayalar şimenava adlandırılan qalın iplərlə bir-birinə birləşdirilib. İplərin çəkisi ən azı bir tondur və ildə müxtəlif dini ainlər zamanı dəyişdirilir.Qayalar Futami Okitama məbədinin rahibləri tərəfindən müqəddəs hesab edilir. Şintoizmə görə kaminin yaradıcılarının evliliyini – İzanami və İzanaqini simvolizə edir. Buna görə də qayalar həm də evliliyin simvoludur. Kişini simvolizə etdiyi düşünülən daha böyük qayanın başında torii var.Qayalara tamaşa etmək üçün ən yaxşı fürsət yayda sübh çağıdır. Bu zaman günəşin qayaların arasında doğuşunu izləmək olar. Bir az uzaqlıqda Fuci dağını görmək olar. Qabarma və çəkilmə zamanı qayaları su ayırmır.Okitama məbədi Sarutahiko Okamiyə və yemək ilahəsi Miketsuya həsr olunub. Məbədin ətrafında xeyli qurbağa heykəli var.

Digər lüğətlərdə

внутриприходско́й да ка́к де́йственный доква́ситься отвёртываться втык дря́нно испива́ть лягну́ть мю́зикл носи́льщик съезд клохтать соломянка beta test camerawork extension telephone ileus Jeroboam muliebrity reddish unpark атрофироваться дружелюбный проторговать