Azərbaycan dilinin izahlı lüğətində ƏBCƏD sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.] köhn.
1. Qədim ərəb əlifbasında ilk dörd hərf. (hərfləri mexaniki olaraq əzbərləmək üçün işlədilirdi). Bular gərək hələ “əbcəd”də hıqqana “qərəşət” də; Kitabi-elmi oxurlar rəvan bu boyda, bu boyda! M.Ə.Sabir. Bu qayda ilə molla əbcəd, həvvəz, hütti ləfzlərini “təhlil” edib, mənə bunları hazırlamağı əmr etdi. T.Ş.Simurq. Molla köməkçisi .. Əvəz xəlfəni çağırıb dedi: – Apar, buna əbcəd, həvvəzi öyrət. C.Cəbrayılbəyli.
2. Ümumiyyətlə, keçmişdə “əlifba” mənasında işlənmişdir. // məc. İbtidai bilik, savad. _ Əbcəd hesabı – müəyyən bir tarixi və ya rəqəmi ərəb hərfləri vasitəsilə ifadə etmək üsulu. Aşıqlıq elmində nədir pərgarın; Əbcəd hesabından varmı xəbərin? Şair Vəli.
← ƏBABİL

is. [ər.] Dağ qaranquşu, uzunquyruq.

ƏBD →

is. [ər.] köhn. Qul, kölə. Əbd olma, ey Nəsimi, fani cəhanə, çün kim; İmanü din içində sənsən əmirü sultan. Nəsimi.