ƏBƏDİ

sif. və zərf [ər.]
1. Daimi, həmişəlik. Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən. S.Vurğun. Sübhün əbədi aşiqləri olan boz torağaylar havalanıb səhər nəğmələrini oxuyur.. M.Rzaquluzadə. // Ölməz, daim yaşayan. Bu odlu nəğmələrdən; Parlaq, sönməz bir məşəl; Bu rəngin lövhələrdən; Qur əbədi bir heykəl. A.Şaiq. Mən elə bildim ki, ürəyim acdır; Məhəbbət əbədi bir ehtiyacdır. S.Vurğun. // Sonsuz, intəhasız, mütləq.
2. B a x əbədən. Əbədi bizə gəlməyib. Əbədi xəbərim yoxdur. ◊ Əbədi istirahət evi tənt. – qəbir. Əbədi yuxu – ölüm. Afaq dodaqlarında təbəssüm, ölüm adlanan əbədi bir yuxu içində idi. Ə.Məmmədxanlı. Əbədi yuxuya getmək, gözlərini əbədi yummaq, əbədi susmaq – ölmək, keçinmək. Qız tab eləməyib, yerə dəydi, .. əbədi olaraq susdu. T.Ş.Simurq. Neçə gündür ki, şanlı Bakı əbədi yuxuya gedən xalq şairinə öz kədərli köksündə layla çalır. S.Rəhimov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ƏBƏDİ 1. долговечный, вековечный; 2. вечно, навек, навеки, навсегда; ətraflı

Azərbaycanca-rusca lüğət

ƏBƏDİ I прил. вечный (непреходящий, не ограниченный какими-л. сроками). ətraflı

Author: Obastan; Publisher: Obastan