Azərbaycan dilinin izahlı lüğətində ƏBƏDİLİK sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Daimilik, sonsuzluq, həmişəlik, daim yaşama; heç vaxt bitməməzlik, qurtarmamazlıq. Bu səadət səhəri o qədər zəngin və işıqlıdır ki, başlanan günəşli gündüzün əbədiliyinə şübhə etmirsən. Mir Cəlal.
← ƏBƏDİLƏŞMƏK

f. Əbədi olmaq, həmişə yaşamaq. Eşqinə dəm tutub göylər mələşsin; Eşqin tarix olub əbədiləşsin. B.Vahabzadə.

ƏBƏDİYYƏN →

zərf [ər.] Həmişəlik, əbədi, daimi. [Qızın] gözləri ilk baxışdan əbədiyyən hafizəmdə nəqş olunmuşdu. Ə.Məmmədxanlı.