ƏBƏS

sif. [ər.]
1. Nahaq, bihudə, faydasız. // Zərf mənasında. Bəslərəm can kimi, ey sevgili sərmayə, səni; Etmərəm sərf əbəs məscidə, mollayə səni. M.Ə.Sabir. _ Əbəs yerə – 1) nahaq yerə, boş yerə; lüzumsuzcasına, faydasızcasına. Əbəs yerə əlləşdim. Əbəs yerə xərcə düşdüm. – [Hacı Nuru şair:] ..Amma sən əbəs yerə özünü saldın qalmaqala. M.F.Axundzadə. Könül, əbəs yerə üzmə canımı; Sonaların əhdə olmaz vəfası. Q.Zakir. [Pərzad:] Əbəs yerə, Yusif bəy, arvad sözünə inanma. N.Nərimanov; 2) əsassız, səbəbsiz, ciddi səbəb olmadan. Əbəs yerə əsəbiləşmək.
2. Xəbər şəkilçisi ilə: əbəsdir – nahaqdır, faydasızdır, xeyri yoxdur, nəticəsi yoxdur. Bütün zəhmətlərin əbəsdir. – Söylədi tülkü: – Əbəsdir bu xəyal; Məndən ol mərhəməti etmə sual. A.Səhhət. əbəs-əbəs zərf Nahaq yerə. Əbəs-əbəs neçin qaçırsan məndən; Mən ki zalım, adamyeyən deyiləm. M.P.Vaqif. Gül dilləndi: “Salmayın səs; Danışmayın əbəsəbəs”. M.Dilbazi.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ƏBƏS 1. напрасный, ненужный, бесполезный, тщетный; 2. зря, попусту, тщетно; 3. абсурд, вздор, пустяки; ətraflı

Azərbaycanca-rusca lüğət

ƏBƏS I прил. напрасный, тщетный, безуспешный, безрезультатный, бесполезный. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

ƏBƏS nahaq — bihudə — faydasız — boş ətraflı

Author: Obastan; Publisher: Obastan