ƏBLƏH

sif. [ər.]
1. Axmaq, səfeh, gic, sarsaq, başıboş. Əbləh köpək qaysavadan pay umar. (Məsəl). // İs. mənasında. Nola bir evdə qoyaydız qaravaş; Verməyəydiz məni bu əbləhə, kaş! M.Ə.Sabir.
2. Söyüş kimi işlədilir. [Xanım:] Əbləhin qızı, əbləh, .. gör kimə oxşayır? Qantəmir. [Zaman:] Əbləhin qızı, elə bu saat itilərsən gözümün qabağından. Ə.Haqverdiyev. Əbləhin biri Kərbəlayı Qubad; İstəyir gələ xanıma kələk. Ü.Hacıbəyov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ƏBLƏH глупец, дурак, идиот ətraflı

Azərbaycanca-rusca lüğət

ƏBLƏH I прил. глупый, легкомысленный II сущ. идиот: 1. глупый человек 2. бран. дурак ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

ƏBLƏH axmaq — səfeh — gic — sarsaq — başıboş ətraflı

Author: Obastan; Publisher: Obastan