ƏCR

is. [ ər. ] köhn. Bir iş müqabilində verilən əvəz; qarşılıq.
Öz adətin ilə nalə eylə; Əcrini mənə həvalə eylə. Füzuli.
[Səlim bəy:] Bu qədər xalqın duası sizin əcrinizdir. M.F.Axundzadə.
Güman etməyin ki, Şeyx Şəban əzan verməyinə muzd alırdı.
Xeyr, əstəğfürullah, əzan verməyi məhz savab əməl hesab edərdi və əcrini qiyamətdə Allahdan gözləyirdi. Ə.Haqverdiyev.

// Cəza mənasında.
İndi əcrindir, könül, çək şami-hicrin dərdini; Mən əzəl gün söylədim pəndi-firavanlar sənə. S.Ə.Şirvani.
Zülm edən kimsələrin əcri budur. M.Rahim.

□ Əcrini çəkmək – cəzasını çəkmək.
[Vaqif:] Məmməd cəzasına çatmışdır, – dedi, – xanın üzünə ağ olan əcrini çəkməlidir… Çəmənzəminli.
[Zülfüqar:] Qoy əl-ayağı dinc durmayanlar əcrini çəksinlər. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏCR əcr bax 1. qarşılıq; 2. cəza

Etimologiya

  • ƏCR Ərəb mənşəlidir, “ödəmə”, “əvəz”, “təltif” mənalarını əks etdirir. “Cəza” mənası da mövcuddur. Əcrini kəsmək ifadəsi də işlədilir, “əvəzini çıxmaq” (c
ƏCNƏBİ
ƏCUZƏ
OBASTAN VİKİ
Nənsi Əcrəm
Nensi Nabil Ajram (ərəb. نانسي نبيل عجرم‎; 16 may 1983-cü il, Əşrəfiyə[1]) — Livan müğənnisi. İndiyə qədər 2-si uşaqlar üçün olmaqla, ümumilikdə 12 studiya albomu çıxaran sənətçi karyerası boyunca çox sayda mötəbər ərəb festivallarına qatılıb, həmçinin çox sayda mükafata layiq görülüb. Onlardan biri də Ən Yaxşı Yaxın Şərq Sənətçisi olaraq, 2008-ci ildə qazandığı World Music Awards [2]mükafatıdır. Bununla da o, o zamana qədər həmin mükafatı almış ən gənc ərəb sənətçisi olmuşdur. Ardınca, 2012 və 2014-cü illərdə də World Music Awards mükafatına layiq görülmüşdür[3]. Nensi Ajram Coca-Cola şirkətinin Yaxın Şərqdə olan ilk və yeganə qadın sözçüsü olmuşdur. O, həm də UNICEF-in Yaxın Şərq üzrə ilk qadın xoşməramlı səfiridir[4]. Bundan əlavə, sənətçi Tiffany&Co markasının da Yaxın Şərqdə ilk ərəb təmsilçisi olmuşdur[5]. Nensi həmçinin sosial şəbəkələrdə ən çox izləyiciyə malik ərəb sənətçisidir.
Əcrək
Sind topisi -— Sind milli baş geyimi. == Haqqında == Sind milli baş geyimi olan Sind topisi əsasən Pakistanın Sind əyalətində yaşayan əhali tərəfindən geyinilən baş geyimidir. Bu geyimdən Saraiki xalqı, Bəluc xalqı və Puştunlar da istifad edir və bütün Pakistan ərazisində rast gəlinir. Əcrək və ya Saraiki Əcrək ilə yanaşı Sind papağı, Sind və Saraiki mədəniyyətinin mühüm bir hissəsi hesab edilir. Bu geyim həm də Sind milliyyətçiliyinin bir nişanəsidir. Sind papağının alın hissəsi açıq olan dairəvi/silindir formalı geyim növüdür. Qarışıq həndəsi naxışlar bu geyim üzərində öz əksini tapıb və əksər vaxt çox kiçik şüşə parçaları da içərisinə işlənir. Sind mədəniyyətində Sind papağı, Əcrək ilə yanaşı hədiyyə və ya hörmət əlaməti olaraq bağışlanır. 2009-cu ilin dekabr ayında Pakistanın Sind əyalətində Sind sərhəddini və bütövlükdə Sind mədəniyyətini qeyd etmək üçün "Sind Topi Günü" keçirildi. 2010-cu ildən bu gün "Sind mədəniyyəti günü" adlandırılmağa başlandı.

Digər lüğətlərdə

гандболи́ст зарни́ца ледоре́з тру́бник холоднока́таный волонтёрский домости́ть естествове́д оби́женная пополне́ть прона́шиваться раскрестья́ниться ребя́читься фотоэлеме́нт я́блонный шмот despondence genital green glass myna percussion bullet Prince Patrick Island washleather докинуть патриотичный