Azərbaycan dilinin izahlı lüğətində ƏFKAR sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər. “fikr” söz. cəmi] Fikir. [Qətibə:] Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar. Xalqın əfkarı sakit olar. M.S.Ordubadi. Yormuşdu bütün ruhumu, əfkarımı aləm; Bir dağ ətəyində düşünürdüm təkü tənha. A.Şaiq. ◊ Əfkari-ümumiyyə – bir şey haqqında ictimaiyyətin (xalqın, camaatın) fikri, rəyi, münasibəti. [Tehrani:] Sərhəng, Azərbay- candakı hadisələr dünya əfkari-ümumiyyəsini həyəcana gətirmişdir. Ə.Məmmədxanlı. Qəzetlər əfkari-ümumiyyəni toplamışdı. Mir Cəlal.
← ƏFİL-ƏFİL

bax əsim-əsim. Əfil-əfil əsmək.

ƏFQAN →

is. Əfqanıstanın əsas əhalisini təşkil edən, İran dilləri qrupuna daxil xalq və bu xalqa mənsub adam.