Azərbaycan dilinin izahlı lüğətində ƏFLAK sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər. “fələk” söz. cəmi] klas. Fələk, göy. Cəfa oxun mənə yağdırman, ancaq, ey əflak! Demin ki, yeddi kəmanda bir nişanə yetər. Füzuli. Sanma kim, ya qan doludur hər bahar əflakdən. Kişvəri. Düşdükcə o istəkli vətən səmtə nigahım; Əflakə ucaldı o zaman şöleyi-ahım. A.Səhhət. [Cahangir ağa:] Hamısı ac, çılpaq, zillətdə, əziyyətdə, fəryadları əflaka çıxmış. S.S.Axundov. ƏFLATUN Qədim Yunanıstanın ən böyük filosoflarından birinin adı olub, məcazi mənada “filosof, mahir həkim” mənasında işlənir. Əflatun da gəlsə, sağalda bilməz. – ..Onlar hər fəziləti və şərəfi pulda görür, yoxsul, Əflatun belə olsa, onların nəzərində heçdir. A.Şaiq. // Danışıq dilində bəzən “çoxbilmiş, hiyləgər, hərif” mənasında işlənir. O, yaman Əflatundur, bacarmaq olmaz.
← ƏFQANISTANLI

is. Əfqanıstan əhalisinə mənsub adam.

ƏFLATUNİ →

sif. [xüs.is.-dən] Sırf mənəvi xarakter daşıyan, qeyri-şəhvani.