Azərbaycan dilinin izahlı lüğətində ƏFSANƏVİ sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. [fars.]
1. Əfsanə mahiyyətində olan, nağıl qəbilindən olan, əfsanəyə aid olan; əsatiri. Əfsanəvi əsər. – Bəzən əfsanəvi bir mələk kimi; Uçursan o mavi asimanlara. S.Vurğun. Uzaqdan dağların zirvəsi neçə min illərlə əriyib tükənmək bilməyən qarı ilə əfsanəvi bir quşa bənzəyir. R.Rza.
2. məc. tənt. Qeyri-adi, fövqəladə, misli görünməmiş. Əfsanəvi qəhrəmanlıq. Əfsanəvi gözəllik. – Gülsənəm arvad öz tərifindən ruhlanır, ruhlandıqca da, elə bil, qeyriadi, əfsanəvi bir hadisədən danışırdı. M.Hüseyn. // məc. Nağıllarda olduğu kimi; xəyali. İki həftə əvvəl milyon işıqları ilə əfsanəvi bir şəhəri xatırladan Bakı, artıq qaranlıq içərisində idi. Ə.Məmmədxanlı. Lap yaxından baxırıq; Bizə uzaqdan baxan; Əfsanəvi Aya biz. B.Vahabzad
← ƏFSANƏLİ

sif. Əfsanələrlə dolu, əfsanələrdən ibarət.

ƏFSANƏVİLİK →

is. Əfsanəvi olma, qeyriadilik.