ƏQİQ

is. [ ər. ] Müxtəlif rənglərə çalan laylardan ibarət olan, qiymətli daş kimi müxtəlif bəzək şeyləri hazırlanmasında və s.-də istifadə edilən bərk mineral.
…Hamısının barmağında qırmızı əqiq üzük parlayırdı. M.S.Ordubadi.

□ Əqiq kimi – iri, dən-dən və parlaq. Narın birini kəsdim.
Zoğal kimi iri, əqiq kimi duru gilələri var idi. Mir Cəlal.

Yəmən əqiqi, əqiqi-Yəmən – əqiqin qırmızı rəngli əla cinsi (şairanə təşbehlərdə).
Dəryada dişintək dürrişəhvar tapılmaz; Ləlin kimi kan içrə əqiqiYəmən olmaz. S.Ə.Şirvani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏQİQ ƏQİQ (qiymətli daş) ...Hamısının barmağında qırmızı əqiq üzük parlayırdı (M.S.Ordubadi); ŞƏVƏ O gah fil sümüyü, gah da şəvədən; Möhrələr götürüb qoyur
ƏQİDƏSİZ
ƏQİLLİ
OBASTAN VİKİ
Əqiq
Əqiq – SiO2 — Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Haqqında == Xalsedonun zolaqları və təbəqəcikləri müxtəlif rəngdə olan, konsentrik-zonal və zolaqlı növ müxtəlifliyidir. Çox vaxt əqiqin quruluşunda xalsedonla yanaşı silisium oksidi ailəsinin digər mineralları, habelə müxtəlif karbonatlar və seolitlər, hötit, seladonit və s. iştirak edir. Rəngi: müxtəlif çalarlı boz, tutqun-ağ, yaşıl, çəhrayı, göy, qara. Əqiqlər (Ə) təkcə rəng müxtəlifliyinə görə deyil, həm də aqreqatlarının morfologiyasına və dekorativ xüsusiyyətlərinə, şəffaflıq dərəcəsinə, başqa mineral möhtəvilərinin xarakterinə görə də fərqlənirlər. Göstərilən xüsusiyyətlərin müxtəlif tərkibdə uzlaşması əqiqin bir sıra növ müxtəlifliklərinin əmələ gəlməsinə səbəb olur: rənginə görə – oniks (paralel təbəqəli), farforovik (tutqun-ağ), əlvan rəngli, muar tipli, alovlu, göy və s.; aqreqatlarının formasına görə– jeodalar, badamcıq- və salxımvarı, ulduz- və boru şəkilli Ə və b.; şəklinə görə – qala (bürc) şəkilli, brekçiyalaşmış, nöqtəli, landşaft tipli, gözlüklü Ə; başqa mineral möhtəvilərinin formasına görə – dendritli, mamırlı, oolitli Ə və s. Tez-tez əqiqin başqa mineralların, əsasən, kalsit və anhidritin konkresiyaları üzrə, həmçinin müxtəlif üzvi qalıqlar – ağaclar (ağac və ya oduncaq Ə), mərcanlar (mərcan Ə), mollüskalar (şelf-əqiq) üzrə psevdomorfozlarına rast gəlinir. Arizonada (ABŞ) bütün dünyada məşhur olan Daşlaşmış meşə və Monqolustanda Qobi səhrasının cənubunda Ulugey-Xid ətrafında silisium oksidinin (xalsedon, o cümlədən əqiq və b.) ağaclar üzrə psevdomorfozaları geniş sahələrdə kütləvi şəkildə təzahür etmişdir. Bunlar vulkan fəaliyyəti ilə əlaqədar olaraq yaranmışdır.

Digər lüğətlərdə

Боре́й жасми́н жидовьё моло́ть несме́тный колоко́ленка лейт... ри́тмика соврати́тельница копшак турач bunder by-your-leave feaze fool's paradise hooklet I'd mountain neurology ranking self-recrimination верблюд дифтерит завидно столоначальник