ƏNDAZƏ

is. [ fars. ]
1. Kağızdan, kartondan kəsilmiş ülgü.
// Ölçü, miqyas, ölçü vahidi.
□ Bir əndazədə – bir ölçüdə, bir qaydada.
[Qızların] hamısının libası bir qiymətdə, bir əndazədə və bir ölçüdə idi. M.S.Ordubadi.

2. Tənasüb, simmetriya, quruluş düzgünlüyü. Onun bədən əndazəsi yerli-yerindədir.
3. məc. Hədd, hüdud; norma. Hər şeyin əndazəsi olmalıdır. Əndazədən artıq. – Əndazə qoyaq, üç gün oturaq. ( Ata. sözü ).
Tükün əndazədən artıq görünür; Quyruğun gör necə yerlə sürünür. A.Səhhət.

□ Əndazədən çıxmaq – əndazəni aşmaq, həddini aşmaq.
Görsən tanımazsan yarımsaqqalı; Çıxıb əndazədən dövləti, malı. Q.Zakir.
[Sübhanverdizadə] hər hansı bir qonaqlıqda əndazədən çıxmaz və öz hörmətini gözlərdi. S.Rəhimov.

Əndazəyə düşmək – lazımi şəklə düşmək.
Əndazəyə salmaq – yöndəmə, qaydaya salmaq, lazımi şəklə salmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏNDAZƏ əndazə bax meyar
  • ƏNDAZƏ hədd — hüdud — norma
  • ƏNDAZƏ ülgü — ölçü — miqyas

Etimologiya

  • ƏNDAZƏ Farscadır, 65 sm uzunluq ölçü vahidi olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏNDAMSIZLIQ
ƏNDAZƏLİ
OBASTAN VİKİ
Əndazədən çıxanda (film, 1988)
== Məzmun == Süjetlərin müəllifləri belə hesab edirlər ki, ədəb-ərkan qaydalarına riayət olunmayanda insanlar arasında qarşılıqlı münasibətlər pozulur. Film qayda-qanunu gözləməyən adamların gülməli vəziyyətə düşmələrini incə yumorla açıb göstərir. == Film haqqında == Kinoalmanax üç süjetdən ibarətdir: "Əndazədən çıxanda", "Məclis" və "Divar dibində" == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Dinarə Seyidova Kinorejissor: Rauf Dadaşov, Elçin Axundov, Yelena Dontsova Quruluşçu rəssam: Teymur Məmmədov (T. Məmmədov kimi), Elçin Axundov, Yelena Dontsova Kinooperator: Antonina Korotnitskaya Bəstəkar: Eldar Mansurov, İlyas Mirzəyev Səs operatoru: Miroslava İsgəndərova Montaj edən: Nisə Hacıyeva Multiplikasiya rəssamı: Bəhmən Əliyev, Gülşən Quliyeva, Rauf Dadaşov Rejissor assistenti: Sima Qurbanova Operator assistenti: Rafiq İsmayılzadə (R. İsmayılzadə kimi) Rəssam: Tamilla Əsgərova, Mehriban Əfəndiyeva, Zəkiyyə Mahmudova (Z. Mahmudova kimi), S. Səfərova, S. Ağayeva, E. Popova Redaktor: Aydın Dadaşov Filmin direktoru: Q. Nəzərova == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 316–317.

Digər lüğətlərdə

зароди́ться конвульси́вный обжени́ться преумори́тельный приблу́дная пря́дать разно... оби́ться попасться на уду́, удочку раскорчёвываться самообуча́ться сбо́рник струхну́ть четвертьвеково́й мускул -logy personalty snowfall Twelfth-night бармен векша затмить педагогичный терпимость чаять