ANADANGƏLMƏ

sif.
1. Lap doğulandan xas olan; xilqətində, yaradılışında olan; fitri. Anadangəlmə nöqsan. Anadangəlmə pəltək. Anadangəlmə lal. – [Mürşüd:] Adamda gərək qanacaq anadangəlmə olsun. S.Rəhman. [Əzizin] ..anadangəlmə sağ ayağı sol ayağından azacıq gödək idi. İ.Məlikzadə.
2. məc. dan. Tamamilə lüt, çılpaq. _Anadangəlmə olmaq – lüt olmaq.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ANADANGƏLMƏ 1. прирожденный, врожденный, от роду; 2. перен. голый; ətraflı

Azərbaycanca-rusca lüğət

ANADANGƏLMƏ прил. прирождённый, природный, врождённый. Anadangəlmə istedad прирождённый талант, anadangəlmə rəssam прирождённый художник, anadangəlmə xasiyyət природный характер, anadangəlmə ürək qüsuru мед. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

ANADANGƏLMƏ 1. ANADANGƏLMƏ (lap doğulandan xas olan) Əlbəttə, bu hisslər onun ürəyində anadangəlmə deyildi (M. ətraflı

Author: Obastan; Publisher: Obastan