ƏSƏB

is. [ ər. ] anat. fiziol.
1. İnsan, ya heyvan orqanizmində təxərrüşləri periferiyadan beyinə, yaxud beyindən periferiyaya ötürən xüsusi incə tellərdən ibarət törəmə sistemi; sinir. Eşitmə əsəbi. Dişin əsəbini öldürmək. Görmə əsəbi. İynə əsəbə toxunmuşdur.
– Əsəb və yorğunluq onu elə haldan salmışdı ki, kətilin üstündə otura bilmədi. S.Rəhman.

2. Cəm şəklində: əsəblər – insanın hal və hərəkətini müəyyən edən həmin törəmələrin bir sistem kimi rolu. Əsəbləri möhkəmdir. Əsəbləri pozulmaq. Əsəbləri gərginləşdirmək.
– Kağızı oxudu və bütün əsəbləri gərildi. H.Nəzərli.
Çöl havasının təsiri ilə getdikcə acığı soyuyur, əsəbləri rahat olurdu. M.İbrahimov.
Elə bil birisi əsəblərimin saplarını bir-birinə qarışdıraraq düyün salmışdı. Ə.Məmmədxanlı.

◊ Əsəblərinə təsir etmək (toxunmaq) – hirsləndirmək, əsəbiləşdirmək.
Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu. M.S.Ordubadi.
İçərişəhərin damları üstündə yatanlardan bəzisi xoruldadıqca Turabın əsəblərinə toxunurdu. M.Hüseyn.

Əsəbləri ilə oynamaq – bax əsəblərinə təsir etmək (toxunmaq).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏSƏB ƏSƏB (anat., fiziol.) Əsəb və yorğunluq onu elə haldan salmışdı ki, kətilin üstündə otura bilmədi (S
  • ƏSƏB sinir
ƏSDİRMƏK
ƏSƏBANİ
OBASTAN VİKİ
Əsəb sistemi
Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir. == Ümumi məlumat == Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir.
Əsəbilik
Əsəbilik xəstəliklərin beynalxalq təsnifstında R45.0 nömrəsi ilə kodlanan daxili stabilliyinin pzulması ilə özünü büruzə verən və özünü idarə etmənin nisbi itirlməsi ilə nəticələnən bir psixiki patologiyadır. Bu geniş istifadə edilən və görülən halın əlaməti gözlərin tez-tez hərəkət etməsi, əllərin gərgin olması, vargər ermək, tez-tez və kontrolsuz danışmaq, tərləmə, ürəkdöyünmə, əsmə və s. aiddir.
Əsəbkəf
Əsəbkəf- Babək rayonunda dağ. == Toponimi == Babək rayonunda dağ. Hündürlüyü 1661 m. Oronim Asəfkəhv adından təhrif olunmuşdur. Əsədkef variantında da qeydə alınmışdır.Tədqiqatçıların fikrincə, Asəf (ər. "büt") və kəf (ər. kəhv "təbii mağara") sözlərindən yaranan toponim "büt mağarası" mənasını ifadə edir. Yerli əhali dağdakı mağaraya qədimdən ziyarətə gedir, qurbanlar kəsir. Dağdakı mağara ilə bağlı belə bir rəvayət vardır: Yunis peyğəmbərin dövründə üç nəfər müqəddəs Şəxs bir itlə həmin mağaraya girmiş və orada ölmüşdür. Uzun müddətdən sonra dirilərək möcüzə sahibi olmuşdur.

Digər lüğətlərdə

-то беспу́тник дуби́льный нездоро́виться описа́тельство подоплёка растепе́ля ва́рщица жар изовра́ться марсиа́не над... окая́нный орангута́нг ортопе́д шаромы́жничать гладкий табурет cosmonautic high treason zetetic изматывать многострадальный определять романтичность