Azərbaycan dilinin izahlı lüğətində ƏTA sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.] klas. Vermə, veriş. // Bağışlanma. Kiçikdən xəta, böyükdən əta. (Ata. sözü). _ Əta etmək (eləmək) – bağışlamaq. Təmir üçün etdi çox ətalər; Tədric ilə qıldı çox binalər. Füzuli. [Mirzə:] Amma ağadan [xahişim] budur, əgər iltifatınız olsa, bəndəyə bir yabı əta eləyəsiniz. Ə.Haqverdiyev.
← ƏT

is. 1. Canlıların bədənində sümüklə dəri arasındakı maddə; əzələ toxumalarının adi adı.

ƏTALƏT →

is. [ər.] Hərəkətsizlik, fəaliyyətsizlik, süstlük, boş durma; tənbəllik.