ƏTCƏBALA

is. Yumurtadan lələksiz və gözləri açılmamış halda çıxan quş balası.
…Əlimi yuvaya soxdum və tüksüz ətcəbalaların üstündən ana alacəhrəni tutub … ağacdan endim. S.S.Axundov.
…Orada bala-bala cücələr var, bax belə-belə, cıb-cıbılı, ətcəbala. S.Rəhimov.
Ətcəbala bir dolaşa; Dili dolaşa-dolaşa; Çaldı uzun bir fışqırıq. M.Dilbazi.

// Lüt körpə uşaq haqqında.

Etimologiya

  • ƏTCƏBALA “Ətcə” “əti görünən”, “lüt”, “tükü olmayan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ƏTCƏ
ƏTÇƏKƏN

Digər lüğətlərdə

вавило́ны вверх нога́ми гемо́метр зава́жничать искристость осяза́тельность оты́скиваться робототехнологи́ческий танзани́йский факси́мильный бе́та полинези́йка среднеспе́лый василек раб curling irons dress elliptic filamentous friable sand humbly nice sarmentose внучек искусительница