ƏTƏKLƏMƏK

f.
1. Ətəyindən tutmaq, tutub saxlamaq.
[Zərbəli:] Usta, getdim, yolda ətəklədim, bir qapaz vurdu, yıxıldım… Ə.Haqverdiyev.
Pası mollanı ətəkləyib dayandırdı. S.Rəhimov.
Sazandalar şuluqluq düşdüyünü, toyun pozulduğunu yəqin etdilər, Məşədi Cahangiri ətəklədilər. Mir Cəlal.

2. Ətəyinə yığmaq.
3. məc. Yaxalayaraq əl çəkməmək, yalvarıb xahiş etmək.
4. məc. Yarısını keçmək, getmək (yol haqqında).
Düzəldi mənzilə yenə dəstəmiz; Ətəkləyib yolu, vardıq birbaşa. S.Vurğun.
Əynimdə boz şinel, belimdə yaraq; Gedirəm, yolları ətəkləyərək. M.Rahim.

5. Ətəklə yelləmək. Manqalı, ocağı ətəkləmək.
– Cəm olubdur tamam əqli seyrəklər; Kimi odun qalar, kimi ətəklər. Q.Zakir.
Birisi sacın altını gah piləyir, gah ətəkləyir. Ə.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏTƏKLƏMƏK yelləmək
  • ƏTƏKLƏMƏK yığmaq — toplamaq
  • ƏTƏKLƏMƏK tutmaq — saxlamaq
ƏTƏKLƏMƏ
ƏTƏKLƏNMƏ

Digər lüğətlərdə

ды́лдистый исторже́ние опи́ть полуотвори́ть поца́рствовать эсэ́совский вы́кроить ми́чманский отзвуча́ть со́евый тро́шечки минуть рак breaking-out consideration decachord ever-frost highway shave turriculate windstorm гусятница очко привнести проказить