ƏYİN

is.
1. Bədənin başdan qeyri bütün hissəsi. Əyninə yeni kostyum geymişdir. Əynində heç bir şey yoxdur (çılpaqdır). – Əynində donu yox, başına papaq axtarır. ( Ata. sözü ).
Həyətin sol tərəfindən Vəliqulu, əynində cındır gödək arxalıq və başında köhnə boz papaq, kürəklə peyin sərirdi. C.Məmmədquluzadə.
Əynindəki həmişəlik iş paltarından başqa bircə dəst bayır-bacaq paltarı var idi. H.Nəzərli.

2. Paltar, üst-baş. Əyni köhnədir.
[İkinci kəndli:] Boğazımdan kəsmişəm, əynimdən kəsmişəm, vur-tut [Bakıdan] üç yüz manat pul gətirmişəm. C.Cabbarlı.
…Çimnaz arvad əynini dəyişmək lazım olduğunu təkrar [Nazlının] yadına saldı. Ə.Əbülhəsən.

◊ Əyninə biçilmək – düz gəlmək, tamamilə münasib olmaq (paltar haqqında).
[Qoltuqçu:] Elə bil ki, tamamən əyninə biçilibdir, – deyə tərifə başladı… S.Rəhimov.

Əyninə çəkmək – geymək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏYİN əyin bax 1. bədən; 2. paltar
  • ƏYİN paltar — üst-baş — geyim

Etimologiya

  • ƏYİN Türkmən dilində bu söz i:n kimi işlədilir və ruscaya “тело” kimi çevrilib. Çiyin sözü ilə qohumdur. (Bəşir Əhmədov
ƏYİLTMƏK
ƏYİN-BAŞ
OBASTAN VİKİ
Əyin
Əyin — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qubadlı rayonunun Aşağı Çibikli kənd Sovetinin Əyin kəndi Çardaqlı kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Rayonun ərazisindəki Səngər dağı keçmişdə Əyin dağı adlanırdı. Dağ öz adını buradakı bulağın adından almışdır. Əyin sözü eyn (ər. "göz, bulaq, çeşmə") sözünün təhrif olunmuş formasıdır. Yaşayış məntəqəsi keçmiş Hacılı kəndindən köçmüş ailələrin Əyin dağının ətəyində məskunlaşması nəticəsində yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.

Digər lüğətlərdə

всполоши́ться доброду́шно ни себе́ ни лю́дям пересу́шивать пови́ться по́днизь посыла́ться толстоли́стый фонофо́нд перереши́ть пози́ровать стати́ст трава́ вертеть -ster alarmingly convalesce marbled overjump quadrumana resonance-box sultan titling каплун расшатывать