Azərbaycan dilinin izahlı lüğətində FACİƏ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.]
1. Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik. Başına faciə gəlmək. Alkoqolizm faciə ilə nəticələnir. – Mirzağanın faciəsi ictimai bir faciə idi. S.Hüseyn. [Şəndə:] İnamı itirmək fəlakətdir və bir çox faciə də ondan doğur. B.Bayramov.
2. ədəb. Həyatdakı barışmaz ziddiyyətlərdən, xarakterlərin, ehtirasların kəskin toqquşmasından və çox vaxt qəhrəmanın ölümü ilə nəticələnən əhvalatlardan bəhs edən dramatik əsər; tragediya. N.Vəzirovun “Müsibəti-Fəxrəddin” faciəsi. Hüseyn Cavid faciənin kamil nümunələrini yaratmışdır. “Nadir şah” faciəsində N.Nərimanov feodalizm quruluşunda saray intriqalarının ən dəhşətli səhnələrini təsvir edir. M.Arif.
← FÁBULA

[lat. fabula – təmsil, nağıl] 1. ədəb. Bədii əsərin qısa məzmunu, hadisələrin ardıcıl ifadəsi.

FACİƏLİ →

sif. Faciə ilə dolu; müsibətli, faciəyə səbəb olan, faciə ilə nəticələnən; dəhşətli, fəci.