Azərbaycan dilinin izahlı lüğətində FACİƏLİ sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. Faciə ilə dolu; müsibətli, faciəyə səbəb olan, faciə ilə nəticələnən; dəhşətli, fəci. Alagöz öz daxili aləmi ilə bir cəzirə kimi yaşayan evdən qaçmış, həyatın faciəli səhnəsinə düşmüşdü. S.Rəhimov. Uşaq vəziyyətin ağır və faciəli olduğunu duyduğundan, böyük adam ciddiyyətilə səy edir, anası və bacısı ilə ayaqlaşmağa çalışır, onlara əlavə yük olmaq istəmirdi. M.İbrahimov. // Adamı dəhşətə gətirən, dəhşətli, müdhiş, sarsıdıcı, çox ağır. Faciəli ölüm. Müharibə faciəli epizodlarla doludur.
← FACİƏ

is. [ər.] 1. Dəhşətli, ağır nəticəli hadisə, fəlakət, müsibət, bədbəxtlik.

FAĞIR →

is. və sif. [ər.] 1. Aciz, yazıq, məzlum; dinc, sakit.