Azərbaycan dilinin izahlı lüğətində FAĞIR sözün mənası. Толковый словарь азербайджанского языка.

is. və sif. [ər.]
1. Aciz, yazıq, məzlum; dinc, sakit. Fağır kişi. – [Nəbi pristav Mehdi bəyi görcək deyinir:] Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”. [Hacı Qara:] ..Mən bir fağır adamam, peşəm sövdəgərlikdir. M.F.Axundzadə.
2. Kasıb, yoxsul, tavanasız, miskin. Fağıra kömək etmək. – Dağıdın fağırlara; Dövlətin, malın keşişin! Aşıq Ələsgər. [Qulu:] Adam fağıra pul verər, yetimə paltar alıb qarnını doydurar. S.S.Axundov. fağır-fağır zərf Yazıq-yazıq, məzlumməzlum; fağırcasına. Fağır-fağır oturmaq. – Mehriban fağır-fağır kişinin dalınca baxıb bir müddət qapını örtmədi. H.Seyidbəyli.
← FACİƏLİ

sif. Faciə ilə dolu; müsibətli, faciəyə səbəb olan, faciə ilə nəticələnən; dəhşətli, fəci.

FAĞIRLAŞMA →

“Fağırlaşmaq”dan f.is.