Azərbaycan dilinin izahlı lüğətində FAİZ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.]
1. Hər hansı ədədin tam (vahid) kimi götürülən yüzdə biri (% işarəsi ilə göstərilir). Sadə faiz düsturu. – [Bəhlul:] Nənəmin gözündə onca faiz işıq vardı. B.Bayramov.
2. Kapitalın hər yüz manatından əldə edilən gəlir.
3. Borc verilən puldan istifadə etdiyi üçün borcludan (kreditordan) alınan haqq. [Hacı Vəli] yüksək faiz alar və girovsuz da pul borc verməzdi. Çəmənzəminli. Hacı Kərim hər zaman alış-verişini nağd elər, faizini də verəcəyi puldan çıxardı. S.Hüseyn.
4. Dövriyyədən, gəlirdən asılı olaraq hesablanan muzd. Faiz dərəcəsinin həddi.
5. Məhsulun kəmiyyətinə görə faiz almaq. ◊ Yüz faiz – tamamilə, bütünlüklə. Planı yüz faiz yerinə yetirmək. – [Fərman dedi:] Normanı yüz faiz yerinə yetirmək hər kəsin borcudur. Ə.Sadıq.
← FAİL

sif. [ər.] köhn. 1. İşləyən, edən. 2. Təsir edən.

FAİZLİ →

sif. Faiz verən, faiz (gəlir) gətirən. Faizli istiqraz.