Azərbaycan dilinin izahlı lüğətində FAKT sözün mənası. Толковый словарь азербайджанского языка.

[lat. factum – edilmiş, baş vermiş]
1. Həqiqətən olmuş hadisə, əhvalat, qəziyyə. Bu deyilənlər uydurma deyil, faktdır. – Hər kəs bildiyi faktı deyir, üçlükdə müzakirə edib o birinə keçirdilər. B.Bayramov. // Nümunə, misal. Faktı geriyə qalmışlardan deyil, qabaqcıllardan götürmək lazımdır. Ə.Vəliyev. // Bir nəticəyə gəlmək, bir işə yekun vurmaq və ya bir ehtimalın, fərziyyənin düzgünlüyünü müəyyən etmək üçün əsas olan şey; dəlil. [Prokuror:] Qanun fakt tələb edir. C.Cabbarlı.
2. Gerçəklik, reallıq, həqiqət, olub-bitmiş şey. Sübut olunmuş fakt. İnkaredilməz fakt. – Beləliklə, Naşad əfəndi öz məqsəd və məramına nail olmuş, Zeynal bir fakt olaraq Mehribanı boşamışdı. S.Hüseyn. [Məşədibəy rəisə:] Mənim dövlətdən narazılığımı hansı əsasa görə sübut olunmuş bir fakt hesab edirsiniz. M.Hüseyn.
← FAKSİ́MİLE

[lat.] 1. Əlyazması, sənəd, imza və s.-nin fotomexaniki reproduksiya yolu ilə çıxarılmış dəqiq surəti.

FAKTİ́K →

sif. [lat.] Gerçək, həqiqi, faktlara əsaslanan.