Azərbaycan dilinin izahlı lüğətində FAKTURA sözün mənası. Толковый словарь азербайджанского языка.

[lat. factura – quruluş]
1. xüs. İncəsənət əsərlərində bədii üsulun xüsusiyyəti. Şerin fakturası. Simfoniyanın fakturası.
2. xüs. Hər hansı bir materialın (məs.: parçanın, şüşənin və s.-nin) zahiri görünüşünü müəyyən edən emal üsulu.
3. Alıcıya göndərilən və ya buraxılan malların növünü, miqdarını, qiymətini müfəssəl surətdə göstərən siyahı. [Sədr:] Xahiş edirəm ki, tez onun fakturasını alıb, haqq-hesabın göndərin ki, o kişilərə işimiz çox düşür. Mir Cəlal.
← FAKTÓRİYA

[lat.] 1. Avropa tacirlərinin müstəmləkə ölkələrində ticarət kontoru və yaşadıqları yer.

FAKULTATİ́V →

sif. [fr.] Məcburi olmayan, könüllü, öz arzusu ilə seçilən. Mühazirələrin fakultativ kursu.