sif. və
zərf [
ər. ]
1. Sakit, səssiz, dinməz-söyləməz.
Birdən Məcid Səmədə sarı dönüb, divar uzunu farağat oturmuş adamlara işarə etdi. İ.Hüseynov
// Farağat! – hərəkətsiz, düz, sakit, səssiz durmaq haqqında hərbi komanda.
…Nəriman əmi birdən qəddini elə gümrahlıqla düzəltdi ki, elə bil farağat komandasında duracaqdı. İ.Əfəndiyev.
Keşikçi … farağat vəziyyətində durdu. Ə.Əbülhəsən.
2. Asudə, sakit, dinc, xatircəm. Farağat yaşamaq.
// Sakit, dinc, yazıq, fağır.
[Hacı Qara:] A qardaş, mən dinc, farağat, kəsb əhliyəm. M.F.Axundzadə.
// Asudə, arxayın. [Hacı Kərim zərgər:] Hacı Nuru, hələ şeir oxumaq vəqti deyil.
Bir özgə farağat vəqtdə oxuyarsan. M.F.Axundzadə.
□ Farağat etmək (eləmək) – yerbəyer etmək, rahatlamaq.
[Gülsüm:] Dana gəlib, yemləmişəm, o biriləri də farağat elərəm, sən arxayın ol, işini gör. C.Cabbarlı.
◊ Farağat oturmaq – dinc oturmaq, heç kəslə işi olmamaq, pis işlərdən əl çəkmək.
[Camal bəy:] …Ağa İsmayıl bəy, farağat otur, bəsdir şərarət. N.Vəzirov.
[Şahpəri:] Sənə dedimmi, yetim oğlansan farağat otur? B.Bayramov.