FƏHM

is. [ ər. ] Anlama, anlaq, dərrakə.
Olmasın fəhmin, əqlin, idrakın; Var nə qəm ta ki vardır əmlakın. M.Ə.Sabir.

□ Fəhm etmək – anlamaq, başa düşmək, dərk etmək.
Ariflər, fəhm eləyin; Süzüb gedən yarə baxın! Aşıq Ələsgər.
Rəğbət və narazılıqla yoğrulmuş bu dumanlı soyuqluğun incəliyini hamıdan çox Əlikram fəhm eləmiş olardı. B.Bayramov.

Fəhm qılmaq klas. – bax fəhm etmək.
Sözlər dersən ki, bilməzəm mən; Məzmununu fəhm qılmazam mən. Füzuli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • FƏHM fəhm bax idrak
  • FƏHM anlayış — anlaq — idrak — zəka — dərrakə — fərasət — qanacaq

Etimologiya

  • FƏHM (Əsli: fəhim) “ağıllı” deməkdir. Korafəhm (fəhmi kor olan) isə “ağılsız” mənasına uyğun gəlir. (Bəşir Əhmədov
FƏHLƏLİK
FƏHMLİ
OBASTAN VİKİ
Fəhm
Fəhm–qavrama, anlama, anlaq, dərrakə. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Fəhmin Hacıyev
Fəhmin Əhmədpaşa oğlu Hacıyev (23 aprel 1959, Ucar) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1992–1993). == Həyatı == Fəhmin Hacıyev 1959-cu il aprelin 23-də Ucar şəhərində anadan olub. == Hərbi xidməti == 1988-ci ildən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvü olub. AXC Hərbi Çağırış üzrə Komissiyasının sədri olub. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbs edilib. 9 ay müddətində əvvəlcə Lefortovo həbsxanasında, sonra isə Bayıl həbsxanasında saxlanılıb. Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 22 may 1992-ci il tarixli Sərəncamına əsasən Fəhmin Hacıyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. 1993-cü il iyunun 16-da isə həmin vəzifədən azad olunub. Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Fəhmin Hacıyev İstanbul şəhərinə mühacirətə gedib, bir müddət sonra isə Azərbaycanın tələbi ilə həbs edilib. 2004-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən əfv olunub.
Fəhmin Muradbəyli
Fəhmin Muradbəyli (16 mart 1996, Bakı) – azərbaycanlı peşəkar futbolçu.
Fəhmin Quliyev
Fəhmin Yunis oğlu Quliyev (22 noyabr 1998; Qaramanlı, Yevlax — 7 oktyabr 2020; Tapqaraqoyunlu, Goranboy, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəhmin Quliyev 1998-ci il noyabrın 22-də Yevlax şəhərində anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Elmar İbrahimli Ağdərə və Madagizin azad edilməsində savaşıb. O, 2020-ci il oktyabrın 7-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində şəhidlik zirvəsinə ucalıb. Yevlaxda dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fəhmin Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Fəhmin Quliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Fəhmin Quliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Həsən Fəhmi Əfəndi
Həsən Fəhmi Əfəndi (1795, Akşehir, Konya ili – 1881, Mədinə, Hicaz vilayəti) — Osmanlı İmperiyasının 149-cu şeyxülislamı (1868–1871), müdərris (müəllim), kazasker (qazi-əsgər), alim. == Haqqında == Kiçik yaşlarından elmə olan böyük marağı olan Həsən Fəhmi Əfəndi ilk təhsilini Konyada alıb. Təhsilini uğurla başa vurub Amasyadan Konyaya gələn Kara Halil Əfəndi ilə birlikdə İstanbula yola gedir. Vidinli Mustafa Əfəndinin yanında dərs almağa davam edən Həsən Fəhmi Əfəndi təhsilini uğurla başa vurub Ayasofya Camisində tədris fəaliyyətinə başlayır. 1847-ci ildə Haric rürbəsi ilə Feth-ül-Gazi mədrəsəsinə müdərris təyin edilir. Müxtəlif mədrəsələrdə müdərrislik edib elm öyrətdikdən sonra Sahn-ı Seman (Fatih) mədrəsələrində müdərris olur. Çoxlu tələblər yetişdirdi. Yalnız şeyxülislamların dərs dediyi Bəyazid mədrəsəsində dərs vəkili vəzifəsinə təyin edildi. 1861-ci ildə Sultan Əbdüləzizin hakimiyyətə gəlişindən sonra hoca olub, "Camiurriyaseteyn" ünvanına sahib oldu. Sultan Əbdüləzizin Misir səfərində iştirak etdi.
İlqar Fəhmi
Paşayev İlqar Əliabas oğlu (İlqar Fəhmi; 1975, Bakı) — şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi. == Həyatı == İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib. 1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb. 2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb. Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Əhməd Fəhmi
Əhməd Fəhmi bin Camil (d. 20 aprel 1987) — Sinqapur Super Liqa komandalarından olan Houm Yunayted FK klubunda forma geymiş və hücumçu kimi çıxış etmiş Sinqapur futbolçusudur. Hal-hazırda futbol oynamır. == İlk illəri == Əhməd Fəhmi 1987-ci ildə Sinqapurun Tampines şəhərində Camil Bin Savi və Layla Binte Azzan Abdatın ailəsində anadan olmuş və burada boya-başa çatmışdır. O, Qiaonan İbtidai Məktəb və Pasir Ris Orta Məktəbində təhsil almışdır. Onun həmçinin Əhməd Fərhi Bin Cəmil adlı kiçik qardaşı var. O, hazırda digər sahələrdə çalışır. == Futbol karyerası == Əhməd Fəhmi futbol karyerasına 1998-ci ildə "Houm Yunayted" klubunda başlamışdır. Klubun gənclərdən ibarıt əvəzedici yığmasında çıxış etməyə başlamışdır. O, həmçinin 2004 və 2005-ci ildə Sinqapurun gənclərdən ibarət yığması ilə Lion Siti Kuboku iştirak etmişdir.
Əli Fəhmi
Əli Fəhmi (19 fevral 1919, Bakı – 13 mart 1975, Bakı) — mətnşünas. == Həyatı == Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. "Səndə İmam Əli fəhmi var" – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan "Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar" deyə soruşduqda "Əlbəttə ki, Əli Fəhmi" deyə cavab vermişdir. Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır.
Əli Fəhmin
Əli Fəhmi (19 fevral 1919, Bakı – 13 mart 1975, Bakı) — mətnşünas. == Həyatı == Əli Fəhmi 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olub, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq verib. "Səndə İmam Əli fəhmi var" – deyən Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam edib. Dilbər xanımdan "Müşfiqin yubileyində kim çıxış etsə yaxşı olar" deyə soruşduqda "Əlbəttə ki, Əli Fəhmi" deyə cavab vermişdir. Bakı Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən Əli Fəhmi 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır. Kiçik yaşlarından ərəb və fars dillərini öyrənməsi, klassik poeziyaya olan böyük marağı onu ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirdi. 1952-ci ildə Əli Fəhmi həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirir və professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılır. Burada o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi üzərində çalışmalara başlayır.
Fəhman Hüseyn
Bahoz Ərdal (türk. Bahoz Erdal), həmçinin Fəhman Hüseyn (kürd. Fehman Hûseyn فەهمان حوسێن‎; 3 avqust 1969, Suriya) — kürd hərbi xadimi. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək komandiridir və əslən Suriyanın Əl-Malikiyyə şəhərindəndir. == Sui-qəsd iddiası == Türkiyənin rəsmi dövlət xəbər agentliyi "Anadolu Agentliyi" və "Daily Sabah"ın verdiyi məlumata görə, Bahoz Ərdal 8 iyul 2016-cı ildə Suriyada öldürülmüşdür. Təl-Hamis Briqadaları adlı rejim əleyhdarı silahlı qruplaşmanın sözçüsü Xalid əl-Həsəkəvi adlı şəxs "Anadolu Agentliyi" müxbirinə bildirmişdir ki, Hüseyn Suriyanın şimalında yerləşən Qamışlı şəhəri yaxınlığında hədəfə alınmışdır. O, 8 iyulda, saat 8:30-da Hüseynin avtomobilinin partladıldığını, mühafizəçiləri də daxil olmaqla 8 nəfərin öldürüldüyünü iddia etmişdir. 12 iyulda "Yeni Şafak" qəzeti bu xəbərin mənbəyi kimi Türkiyənin MİT kəşfiyyat xidmətinə istinadən xəbər yaymışdır.PKK bu iddianı təkzib etmiş və Ərdal 13 iyulda özü radioya müsahibə vermişdir. O, 2017-ci ilin aprel ayında bir videoda görünmüşdür. Ərdal burada 2017-ci il Türkiyə konstitusiya referendumu ilə bağlı Türkiyə vətəndaşlarına müraciət etmişdir.

Digər lüğətlərdə

анома́лия бока́льчик заса́сывать излива́ть изложе́ние искури́ться перено́сица по-столи́чному приго́рный пролетку́льтовский проступа́ние ты́ркаться гра́фика обмола́чивание пискля́во ферроспла́в шестой flocked wall-paper near-critical neuralgia prostatitis rare-earth elements soda-water отодвигать прослезиться