Azərbaycan dilinin izahlı lüğətində ACILIQ sözün mənası. Толковый словарь азербайджанского языка.

is.
1. Acı şeyin halı; acı dadma. Ağız acılığı. Yağın bir az acılığı var. Ağzımda acılıq var.
2. məc. (bəzən cəm şəklində işlənir). Uğursuzluq, fəlakət, məşəqqət və s. nəticəsində doğan acı hiss. [Təliə:] Bəlkə də şair məni bu günün acılıqlarını dadızdırmaq üçün ölümdən qurtardı. M.S.Ordubadi. Qadının üzünü bir acılıq bürüdü. Qaşları çatıldı. S.Hüseyn. [Koxa:] Axı acılıq bir il gedər, töhmət min il. S.Rəhimov.
3. məc. Kəskinlik, kinayəlilik. Kəyan Mahmudun gözlərinə baxdığı vaxt ancaq onun sözlərindəki acılığı duydu. Ə.Əbülhəsən.
4. məc. Pislik, kəskinlik, sərtlik. Zəmi yerini bürüyən havanın acılığı Alo kişinin zəhləsini tökürdü. S.Rəhimov.
← ACILICA

is. bot. Bəzi növlərindən dərman hasil edilən çoxillik ot bitkisi.

ACILIQOTU →

is. bot. Yarpaqsız, buğumlu, gövdəsi qol-budaqlı kiçik kol bitki.