ACILIQOTU

is. bot. Yarpaqsız, buğumlu, gövdəsi qol-budaqlı kiçik kol bitki.
[Acılıotunun] gövdəsi düz, qismən odunlaşmış və boz rəngli budaqları vardır. R.Əliyev.

ACILIQ
ACIMA₁
OBASTAN VİKİ
Acılıqotu
Acılıqotu və ya efedra (lat. Ephedra) — çılpaqtoxumluların acılıqotukimilər fəsiləsindən həmişəyaşıl kol və ya ağac cinsi. Bu bitkilərə şimal yarımkürəsində Avropanın cənubunda, Afrikanın şimalında, Mərkəzi Asiyanın cənub-qərbində, Şimali Amerikanın cənub qərbində, cənub yarımkürəsində isə Cənubi Amerikada rast gəlinir. Təqribən 70 növü məlumdur. Azərbaycanda 4 yabanı növü: ortaboylu acılıqotu, qatırquyruğuyabənzər acılıqotu, ikisünbül acılıqotu, hündürboylu acılıqotu və 1 becərilən kirpikli acılıqotu məlumdur. Meyvəsinin tərkibində S vitamini, efedrin və psevdoefedrin alkaloidləri var. Buna görə də açı dadır. Ayaz dəydikdə meyvəsi şirinləşir və yeməli olur. Bəzi növlərinin cavan şivlərindən efedrin alınır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === İkisünbül acılıqotu; Adi acılıqotu (Ephedra distachya L.) Qatırquyruğuyabənzər acılıqotu (Ephedra equisetina Bunge) Ortaboylu acılıqotu (Ephedra intermedia Schrenk et C.A.Mey.) Birtoxumlu acılıqotu (Ephedra monosperma C.A. Mey.) Hündürboylu acılıqotu (Ephedra procera Fisch.
Adi acılıqotu
İkisünbül acılıqotu (lat. Ephedra distachya) - acılıqotu cinsinə aid bitki növü.Aralıq dənizinin şimal ölkələrində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Qərbi Sibirdə geniş yayılmışdır. Hündürlüyü 20-50 sm-ə qədər olan, alçaqboylu kol bitkisidir. Gövdəsi sürünən, kökümsovu tünd-boz qabıqlı, budaqları sarımtıl –yaşıl rəngdədir. Yarpaqları pulcuqvarıdır, uzunluğu 1,5-3 mm-ə çatır. Tozcuqlu sünbülcükləri tək-tək və ya dəstə şəklindədir, 4-8 cüt çiçəkdən ibarətdir, qısa ayaqcıqlar üzərindədir, çiçəkaltlıqlarının sayı 3-4 ədəddir. Aprel ayında çiçək açır. Meyvəsi kürəşəkilli, qırmızı rəngli, 6-7 mm uzunluqda giləmeyvədir, iyun ayında yetişir. Meyvəverən hər sünbülcükdə 2 toxum olur. Toxumları yumurtavarı-uzunsovdur, tünd-qonur rəngdədir, parlaqdır, 4-5 mm uzunluqdadır.
Birtoxumlu acılıqotu
Birtoxumlu acılıqotu (lat. Ephedra monosperma) - acılıqotu cinsinə aid bitki növü.
Hündürboylu acılıqotu
Hündürboylu acılıqotu (lat. Ephedra procera) - acılıqotu cinsinə aid bitki növü.
Ortaboylu acılıqotu
Orta Asiya , tyan-Şan, Qafqaz , Cunq-Kaşq və Tibet də geniş yayılmışdır. Ilk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ-kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır. İyun ayında çiçəkləyir. Meyvəsi giləmeyvə formasında kürəşəkilli və lətlidir, yetişdikdə qırmızı rəngdə olur, uzunluğu 6 mm-ə çatır.
Qatırquyruğuyabənzər acılıqotu
Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina) - acılıqotu cinsinə aid bitki növü. == Ümumi yayılması == Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır. == Azərbaycanda yayılması == Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. == Statusu == Azərbaycanın nadir btkilərindəndir. LC. == Bitdiyi yer == Quru daşlı-qayalı yerlərdə rast gəlinir. == Təbii ehtiyatı == Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. == Bioloji xüsusiyyətləri == Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir.
Yaşıl acılıqotu
Yaşıl acılıqotu (lat. Ephedra viridis) — acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü.
İkisünbül acılıqotu
İkisünbül acılıqotu (lat. Ephedra distachya) - acılıqotu cinsinə aid bitki növü.Aralıq dənizinin şimal ölkələrində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Qərbi Sibirdə geniş yayılmışdır. Hündürlüyü 20-50 sm-ə qədər olan, alçaqboylu kol bitkisidir. Gövdəsi sürünən, kökümsovu tünd-boz qabıqlı, budaqları sarımtıl –yaşıl rəngdədir. Yarpaqları pulcuqvarıdır, uzunluğu 1,5-3 mm-ə çatır. Tozcuqlu sünbülcükləri tək-tək və ya dəstə şəklindədir, 4-8 cüt çiçəkdən ibarətdir, qısa ayaqcıqlar üzərindədir, çiçəkaltlıqlarının sayı 3-4 ədəddir. Aprel ayında çiçək açır. Meyvəsi kürəşəkilli, qırmızı rəngli, 6-7 mm uzunluqda giləmeyvədir, iyun ayında yetişir. Meyvəverən hər sünbülcükdə 2 toxum olur. Toxumları yumurtavarı-uzunsovdur, tünd-qonur rəngdədir, parlaqdır, 4-5 mm uzunluqdadır.
Acılıqotukimilər
Acılıqotu və ya efedra (lat. Ephedra) — çılpaqtoxumluların acılıqotukimilər fəsiləsindən həmişəyaşıl kol və ya ağac cinsi. Bu bitkilərə şimal yarımkürəsində Avropanın cənubunda, Afrikanın şimalında, Mərkəzi Asiyanın cənub-qərbində, Şimali Amerikanın cənub qərbində, cənub yarımkürəsində isə Cənubi Amerikada rast gəlinir. Təqribən 70 növü məlumdur. Azərbaycanda 4 yabanı növü: ortaboylu acılıqotu, qatırquyruğuyabənzər acılıqotu, ikisünbül acılıqotu, hündürboylu acılıqotu və 1 becərilən kirpikli acılıqotu məlumdur. Meyvəsinin tərkibində S vitamini, efedrin və psevdoefedrin alkaloidləri var. Buna görə də açı dadır. Ayaz dəydikdə meyvəsi şirinləşir və yeməli olur. Bəzi növlərinin cavan şivlərindən efedrin alınır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === İkisünbül acılıqotu; Adi acılıqotu (Ephedra distachya L.) Qatırquyruğuyabənzər acılıqotu (Ephedra equisetina Bunge) Ortaboylu acılıqotu (Ephedra intermedia Schrenk et C.A.Mey.) Birtoxumlu acılıqotu (Ephedra monosperma C.A. Mey.) Hündürboylu acılıqotu (Ephedra procera Fisch.

Digər lüğətlərdə

дерматомице́т жи́тель мани́лла му́сорить по-ма́терному по-эскимо́сски серде́чник шахи́д бургоми́стерский высоко носи́ть голову как на ладо́ни карма́нчик обмётка по-такси́стски вычуры Крит adjugate conditioned reflex hit-and-run incapable litchi pays de Cocaigne viking завалящий извериться