Azərbaycan dilinin izahlı lüğətində FURQON sözün mənası. Толковый словарь азербайджанского языка.

[fr.]
1. İki (bəzən də bir) at qoşulan dördçarxlı üstüörtülü araba. Mürsəl kişinin stansiyaya göndərdiyi böyük furqon meşənin ortasındakı araba yolu ilə kəndə gəlirdi. M.Hüseyn. Furqon Ağsudan ötüb çaya yaxınlaşanda ayrı bir mənzərə müşahidə olunurdu. Mir Cəlal.
2. Yük maşınlarında, arabalarda və s.-də örtülü kuzov. // Baqajlığı kuzovda olan avtomaşın.
← FURAJKÁ

[pol.] Qabaq tərəfində günlüyü olan baş geyimi.

FURQONÇU →

is. Furqon (1-ci mənada) sürən adam.