GAH₁

[ fars. ] Cümlənin həmcins üzvlərini və tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bölüşdürmə əsasında birləşdirən bağlayıcı (əsasən təkrar edilərək işlədilir). Gah ora, gah bura baxır.
[Qəhrəman:] Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər. H.Nəzərli.
[Nadir] nazik yorğanın altında gah bu böyrü, gah o böyrü üstə çevrilib çapalayırdı. B.Talıblı.

□ Gah olur (ki) – hərdənbir, bəzən, arabir.
Gah olur ki, danə, xuruş gəzərsiz; Siz düşərsiz pərişanə, durnalar! M.V.Vidadi.

Etimologiya

  • GAH Farscadır, bizdə bölüşdürmə bağlayıcısı kimi işlənən bu sözün mənası farsca “za­man”, “vaxt” deməkdir
G
GAH₂
OBASTAN VİKİ
Gahandar (Piranşəhr)
Gahandar (fars. گنه دار‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 194 nəfər yaşayır (32 ailə).
Gahraman Aliyev
Qəhrəman Əliyev (11 avqust 1959, Masallı – 26 fevral 2023) — Peşəkar Futbol məşqçisi və Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş Baş Məşqçidir. == Həyatı == Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallı rayonunda doğulmuşdur. O 2023-cü ilin fevralın 26 sı uzun sürən xəstəlikdən vəfat etmişdir == Təhsili == Azərbaycan Dövlət bədən Tərbiyəsi İnstitutu və İdman Akademiyasını bitirmişdir. 1999–2000-ci illərdə 8(səkkiz) ay Almaniyada Beynəlxalq məşqçilik kursunu bitirmişdir. == Oyunçu Karyerası == 1976–1981-ci illər "Avtomobilçi(Bakı), 1981–83-cü illər "OİK(Xabarovsk)" 1983–85-ci illər "Neftçi(Bakı)", 1985–86-cı illər Gənclik(Bakı)", 1986–87-ci illər "Avtomobilçi(Mingəçevir)", == Məşqçi Lisenziyası == C-lisenziyası ildən(ilə) B-lisenziyası(il): A-lisenziyası(il): 2011 Pro-lisenziyası(il) ildən == İşlədiyi yaş qrupları və klublar(ildən-ilə) == 1) 1993–2000-ci illərdə Azərbaycan Premyer liqasında "Viləş" klubunda baş məşqçi vəzifəsində çalışmışdır. == Qazandığı nəticələr == 1. 2000–2001-ci illərdə Premyer liqada 4-cü yer tutmuş və intertoto kubokuna vəsiqə; 2. 2001–2002-ci illərdə Premyer liqada 3-cü yer "Bürünc" mükafatına yiyələnmiş və yenidən İntertoto kubokuna vəsiqə əldə qazanmışdır.
Gahru
Gahru— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Kiyar şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,093 nəfər və 1,464 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.

Digər lüğətlərdə

архиво́льт бальнеоклимати́ческий вкача́ться пая́сничать притравля́ться уда́чник вагоновожа́тый вызыва́юще гляциоло́гия грузи́ны руберо́ид стесне́ние ю́бочник кумыс avouchment common pleas cryosorption John Dory rosewater strain hardening trochee безнадёжный журавлиный историко-философский отжить