Azərbaycan dilinin izahlı lüğətində GEC sözün mənası. Толковый словарь азербайджанского языка.

zərf Müəyyənləşdirilmiş, qərarlaşdırılmış vaxtdan sonra. Gec getmək. Gec xəbər tutmaq. Gec hərəkət etmək. Qatar üç saat gec gəldi. O oxumağa gec başlamışdır.
[Gülçöhrə Əsgərə:] Bir qədər gec gəlsəydin, özümü öldürmüşdüm. Ü.Hacıbəyov.

◊ Gec gəldi, tez öyrəndi; gec gəlib, tez öyrənən – bacarıqlı, zirək, tez uyğunlaşan adam haqqında (adətən mənfi mənada işlənir).
[Məhbubə:] Burada deyiblər ki, gec gəldi, tez öyrəndi. H.Seyidbəyli.

← GE

“G” hərfinin və bu hərflə işarə olunan samitin adı

GEC-GEC →

zərf Hərdənbir, bəzən (tez-tez ziddi). [Səməd] evə gec-gec gələrdi. Çəmənzəminli. Mehriban çox gec-gec gülümsünür, gülümsünəndə də üzündəki tənasüb po