GECƏLİK

is.
1. Adətən saylarla işlənərək bir şeyin neçə gecəyə kifayət edəcəyini, neçə gecəyə çatacağını, neçə gecədə görüləcəyini bildirir. İki gecəlik odun. Bir gecəlik işim qalıb. – Bir gecəlik mətləbin bir sənə mabədi var. ( Ata. sözü ).
Bir gecəlik otağında; Olmuşam mehman sənə mən. Aşıq Musa.

2. Gecə geyilən köynək və s.
Sofiya o qədər ağladı ki, gecəliyinin döşü tamam islandı. Çəmənzəminli.

◊ On dörd gecəlik ay1) bədirlənmiş, bütöv ay; bədir.
On dörd gecəlik ayın gümüş nuru bir-birinə qısılıb yatan üsyançıların üstünü yorğan kimi örtmüşdü. P.Makulu;

2) şair. gözəl qız (bəzən “kimi” qoşması ilə birlikdə işlənir). Gəlin on dörd gecəlik ay kimidir.
GECƏLİ-GÜNDÜZLÜ
GECƏRİYƏN
OBASTAN VİKİ
Bir gecəlik (mahnı)
Bir gecəlik — azərbaycanlı müğənni Aygün Kazımova və türkiyəli müğənni Gökhan Erolun mahnısıdır. Mahnının sözləri Leyli İsrafilovaya, musiqisi isə Gövhər Həsənzadəyə məxsusdur. Mahnını ilk öncə Gökhan Erol solo ifa etmişdir. Daha sonra Aygün Kazımova mahnını radioda dinləyir və özü şəxsən Gökhan bəyə müaciət edərək mahnını duet şəklində ifa edir.

Digər lüğətlərdə

аккомпанеме́нтный вы́светиться заторгова́ть креще́ние малёшенько меща́не многоуго́льник традиционалисти́ческий ипподро́мный магне́тик натопта́ться НИИ́ оборони́ть презре́ть пристра́щиваться святи́ть софи́т clumpy interlaid Saturnalian subarctic symbate tiar treeless неметаллический