APARMAQ

f.
1. Bir şeyi əlinə götürərək, yaxud dalına yükləyərək bir yerdən başqa yerə köçürmək, gətirmək. Uşağı qucağında aparmaq. Yükü dalında aparmaq. Tayı çiynində aparmaq.
– Həkimin nüsxəsini heç dərmanxanaya aparmadım. Mir Cəlal.

// Daşımaq, nəql etmək. Avtobus minikləri apardı. Qatar çoxlu yük apardı. Qarışqa dən aparır.
– Səhiyyəçilər yaralıları aparırdılar. Mir Cəlal.

2. Birinin hərəkətini yönəltmək, yol göstərmək; özü ilə bərabər yeriməsinə kömək etmək, yaxud getməyə məcbur etmək, özü ilə bərabər gətirmək. Uşaqları teatra aparmaq. Qocanın qolundan tutub aparmaq.
3. Özü ilə bərabər götürüb getmək. Kötüyü su apardı.
– Gördü bir kəllə su üzündə əyan; Aparır çay aşağı seyli-rəvan. S.Ə.Şirvani.
Ciğato çayı minlərlə … malqara cəmdəklərini axıdıb Urmu gölünə aparırdı. M.S.Ordubadi.

4. Oğurlamaq, çalmaq, qaçırmaq, çırpışdırmaq, alıb qaçmaq.
Əzizim, nə xandılar; Nə sultan, nə xandılar; Apardılar yarımı; Tayfalıqca dandılar. (Bayatı).
[Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, binəvanı əli qoynunda qoyubsan. Ə.Haqverdiyev.
[Dəyirmançı:] Varımı-yoxumu apardılar, bilirsən ki, əkinim yox, biçinim yox, şahada dolanıram, yeyənim də yeddi başdır. Çəmənzəminli.

5. məc. Udmaq, qazanmaq, qalib gəlmək (oyunda, məhkəmədə və s.-də). İki oynayanın biri aparar.
Məhkəmədə işi hansı tərəf apardı? – Kim oxusa, aparıbdır. Mir Cəlal.
[Sərvinaz Firuzəyə:] Çəkişmirəm, aparsam da verməyəcəksən, cığalın birisən. İ.Əfəndiyev.

6. məc. Yox etmək, silib təmizləmək, çıxarmaq. Ləkəni aparmaq. Paltarın ləkəsini benzinlə aparmaq olar.
7. məc. Məhv etmək, yox etmək, puç etmək, xarab etmək, dağıtmaq. Bəndi sel apardı. Dolu bütün meyvələri apardı. Əkinləri don apardı.
8. Sərf edilməsinə, işlənməsinə səbəb olmaq; əlindən almaq. Bu iş beş gün vaxtımı apardı.
[Kərim:] Bir quyunun qazılmasına gedən vaxtın yarıdan çoxunu başqa işlər aparır. M.İbrahimov.

9. məc. Qoparmaq, yemək, kəsmək; sürtüb aparmaq, xarab etmək. Barmağının başını maşının çarxı apardı. Daş ülgücün ağzını aparıb.
10. Həyata keçirmək, yeritmək, etmək. Mübarizə aparmaq. Müharibə aparmaq. Təbliğat aparmaq.
– İş apar, baş gedərsə qoy getsin; Ad qalır, bəs deyilmi millət ilə. M.Ə.Sabir.

11. İdarə etmək, başda durmaq, başçılıq etmək, rəhbərlik etmək. Əsgərləri yürüşə aparmaq. Məclis aparmaq bacarıq istəyir.
12. məc. Bihuş etmək, məst etmək; yuxulatmaq, bayıltmaq. Musiqinin səsi məni apardı.
– …Oğlanı dərd apardı; Dərmanı qızda qaldı. (Mahnı).

13. Aparıb çıxarmaq, gətirib çıxarmaq, yönəltmək. Bu yol haraya aparır?
// məc. Sürükləmək, səbəb olmaq, gətirib çıxarmaq. Fəlakətə aparmaq.
14. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yuxu aparmaq, ləzzət aparmaq, fikir aparmaq, qan aparmaq.
15. “Özünü” sözü ilə birlikdə – özünü idarə etmək, bir qaydada hərəkət etmək. Özünü yaxşı aparmamaq. Özünü rəsmi aparmaq.
– …Aslan özünü bu gün çox soyuqqanlı və səbirli aparırdı. M.İbrahimov.
[Kərim] həmişə özünü bir ağsaqqal kimi aparır, elin işinə yarayır, onun körpüsünü tikir, dəyirmanını düzəldirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • APARMAQ aparmaq bax 1. daşımaq; 2. oğurlamaq; 3. udmaq II
  • APARMAQ gətirmək — köçürmək
  • APARMAQ oğurlamaq — çalmaq — qaçırmaq
  • APARMAQ qoparmaq — yemək — kəsmək
  • APARMAQ udmaq — qazanmaq
  • APARMAQ getmək

Antonimlər (əks mənalı sözlər)

  • APARMAQ APARMAQ – GƏTİRMƏK Arşın gətir bez apar, çuval gətir qoz apar (Ata. sözü)

Etimologiya

  • APARMAQ Almaq və barmaq (getmək) sözlərindən əmələ gəlib. Sonra konta­mi­na­siya (latınca “qarışmaq” deməkdir) yolu ilə albar kəlməsi apar formasına dü­şüb
APARMA
APARTMAQ

Digər lüğətlərdə

на вы́бор неплодотво́рно разбаза́ривание скоро́бленный спря́нуть трал гага́ра гадли́во могика́нин проспе́кт сево́к Ливики проектировать солоха чурка concepti genial microconsumer onomastic reovirus side street баки неисполнительный обморочить яичко