GƏDƏ-GÜDƏ

top. nifr. Keçmişdə aşağı təbəqələrə mənsub adamlara verilən təhqirli ad.
[Xırdaxanım:] …Başın qarışıb gədə-güdəyə, uşaq-muşağa, gecələr qumar, gündüz qumar. N.Vəzirov.
[Sara xanım:] Murad bəyin o qədər mülkünü, bağını əlimizdən alıb öz gədəgüdələrinizə vermisiniz. Qantəmir.

// top. Nökərlər.
[Məhərrəm bəy:] Ay Hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə ümidinə qoyursan, hərəsi bir tərəfə çəkib evini dağıdır. S.S.Axundov.

// məc. zar. Adi adamlar, cəmiyyətdə aşağı mövqe tutan adamlar.
Olmaya damağına xanımlıq şirnisi dəyəndən sonra nazlanmısan, daha gədə-güdəyə məhəl qoymaq istəməyirsən? B.Talıblı.

GƏDƏ
GƏDƏBAŞI

Digər lüğətlərdə

вымола́чивать кочу́ющий локализи́роваться на ура́ неблагонадёжный подковы́рочка простила́ться стихоплётство шарова́ться взлете́ть наудалу́ю отучи́ться растрёпа слави́ровать червото́чный тереб dunderhead fieri facias hourglass inebriate knob Neo-Malthusianism pen yen кринка присыпать