APELLYÁSİYA

is. [lat. appellatio – müraciət] hüq. Məhkəmənin qanuni qüvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası. Apellyasiya məhkəməsi. Apellyasiya qaydasında qəbul olunan qərar.