ARAKƏSMƏ

is. Bir otağı, yeri, binanı iki yerə ayıran yüngül divar; aralığa çəkilən divar, taxta və s. Evin arakəsməsi taxtadandır. Arakəsməni suvarmaq. // Üzərinə parça çəkilmiş çərçivələrdən ibarət bükülən pərdə; şirma. [Ağabala] Reyhanın otağındakı arakəsmə üstündən əyilər(di). Mir Cəlal. ◊ Arakəsməyə salmaq – əhatə etmək, ətrafını almaq, bürümək, dövrələmək. [Odabaşı:] Cəhənnəm əhli İblisi arakəsməyə salıblar. Ə.Haqverdiyev. Uşaq qaçır, Hümmət kişi əl götürmür. Dərə-təpəni aşır, hay salır, qabaqdan adamlar gəlir, arakəsməyə salıb tuturlar. S.Rəhimov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ARAKƏSMƏ перегородка, переборка, ширма ətraflı

Azərbaycanca-rusca lüğət

ARAKƏSMƏ I сущ. 1. перегородка 2. ширма II прил. 1. перегородочный. Arakəsmə plitələri перегородочные плиты 2. ətraflı

Author: Obastan; Publisher: Obastan