ARAQ

is. [ər.]
1. Meyvədən və s.-dən çəkilən spirtli içki. Tut arağı. Zoğal arağı. Araq çəkmək. – Ərəqlə badədir ol iki cövhər; Ki, yoxdur onlara dünyadə salis. S.Ə.Şirvani. [Kərəmov:] Bütün dünya qurulub araq şüşəsinin üstündə, bircə mən ora yerləşmirəm. S.Rəhman.
2. Bəzi çiçək, gül və otların distilləsindən hasil edilən cövhər (çox vaxt xalq təbabətində dərman və ədviyyat kimi işlədilir). Bədmüşk arağı. Quluncan arağı. Nanə arağı.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ARAQ 1. водка; 2. настройка, эссенция; ətraflı

Azərbaycanca-rusca lüğət

ARAQ I сущ. 1. водка. Araq içmək пить водку, araq çəkmək гнать водку 2. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

ARAQ I. i. vodka; bibər arağı pepper-brandy II. s. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

ARAQ Maks Fasmerə görə, arağı ilk dəfə qıpçaqlar hazırlamış və ona araka adını vermişlər. Mütəxəssislər a ətraflı

Author: Obastan; Publisher: Obastan