ARAQÇIN

is. [ər. ərəq və fars. çin] Qiymətli parçadan, çox vaxt tirmədən və s.- dən tikilib, üstü güləbətin (zərli) və ya ipək sapla naxışlanmış baş geyimi, təsək. [Xortdan:] Restoran sahibi də başında araqçın, döşündə döşlük .. qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Ə.Haqverdiyev. [Molla Qafar] araqçını qaldırıb başına, sonra da gödək, boğazı naxışlı yun corablarını çıxarıb, ayaqlarına məs çəkdi. S.Rəhimov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

ARAQÇIN тюбетейка, ермолка ətraflı

Azərbaycanca-rusca lüğət

ARAQÇIN сущ. тюбетейка ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

ARAQÇIN ARAQÇIN (üstü zərli baş geyimi) Başında göy araqçın; Duruşunda əzəmət (B. ətraflı

Azərbaycan dastanlarının leksikası

ARAQÇIN Bax: araxçın. (“Koroğlu” dastanının lüğəti) Koroğlu durnanın başındakı çıqqanı yolub, Eyvazın araqçı ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

ARAQÇIN Ərəq (araq) ərəbcə “tər” deməkdir, çin isə farsca “yığmaq”la bağlıdır: “tər yığan” (təri canına çəkə ətraflı

Author: Obastan; Publisher: Obastan