GOP

is. dan.
1. Mübaliğəli danışıq; şişirdilmiş, uydurma söhbətlər.
[Qadir kişinin] bu cür gopları çox vaxt yerinə düşərdi. Ə.Sadıq.
Əhməd oğurluğun şərtlərindən xeyli danışdı.
Daha onun gopunu eşitmək istəməyən Fərman Əhmədin qolundan tutub çəkdi. Ə.Abasov.

□ Gop vurmaq – bax gopa basmaq.
[Bahar:] Qoyasan elə axşamadək özündən gop vurub danışa. Ə.Haqverdiyev.

Gopa basmaq – bir şeyi, hadisəni çox şişirdərək danışmaq, mübaliğə ilə danışmaq.
[Səttar:] Gədə, – dedi, – çox gopa basıb uşaqları qorxuzma! P.Makulu.

2. Yalan, uydurma, mübaliğə, şişirdilmiş şey.

Sinonimlər (yaxın mənalı sözlər)

  • GOP gop bax 1. yalan; 2. uydurma
  • GOP yalan — uydurma — mübaliğə
  • GOP lovğa
GONBULLUQ
GOPALAMA
OBASTAN VİKİ
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
Typhlodromus gopali
Typhlodromus gopali (lat. Typhlodromus gopali) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. == İstinadlar == Typhlodromus gopali Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.

Digər lüğətlərdə

араме́ец беспи́сьменный веду́щая заслю́нивать пря́лочка сле́дующий соба́чки со́тенный донжуани́зм карте́чь ло́дырничать пароди́йный просветле́ть торкрети́ровать anther dictatorial honeycomb stomach hydrofiner Marvin parent member sky blue Thalia куда-то окислиться эмульсия