GÜCLÜ

sif.
1. Fiziki qüvvəsi çox olan, fiziki cəhətdən inkişaf etmiş; qüvvəli (insan və heyvan haqqında). Güclü adam. Güclü at. – Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq. [Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü! Z.Xəlil. // İs. mənasında. Güclü, qüvvətli adam. Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti. M.Ə.Sabir. Xeyr, bu heç olmaz, güclü gücsüzdən intiqam almaz. H.Cavid.
2. Möhkəm, dayanıqlı, səbatlı, mətanətli. Güclü iradə. – “Fırlanır” sözüylə o güclü insan; Qırdı mövhumatın sərt buzlarını. B.Vahabzadə.
3. Yaxşı silahlanmış, böyük müdafiə və hücum imkanlarına malik olan. Güclü ordu. – [Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq.
4. Böyük nüfuz qüvvəsi olan; qüdrətli. Güclü dövlət.
5. Şiddətli, qüvvətli, bərk. Güclü isti. Güclü işıq. Güclü ağrı. Güclü şaxta. – Ətraf güclü yağışdan tərtəmiz yuyulmuşdu. S.Vəliyev. // Böyük, dərin. Güclü arzu. Güclü hiss. Güclü nifrət.
6. İstedadlı, bilikli, bacarıqlı, hazırlıqlı. İndi Bakı neft sənayesi, şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. (Qəzetlərdən). // Öz işini yaxşı bilən, yaxşı yerinə yetirən; bacarıqlı, qabiliyyətli. Güclü tələbə. Güclü üzgüçü. Güclü pianoçu. // Yaxşı məlumatlı, bilikli. Ruscadan güclüdür.
7. Bərk, möhkəm. Güclü zərbə. – Qapıya güclü bir təpik vurdu. H.Seyidbəyli.
8. Böyük istehsal imkanlarına və qüvvəsinə malik olan. Güclü zavod.
9. Böyük təsir qüvvəsinə malik olan; çox təsirli. Güclü nitq. Güclü söz.
10. Uzaqdan eşidilən, çox bərk (səs haqqında). Güclü partlayış səsləri ətrafı bürüdü, torpaq göyə sovruldu. S.Vəliyev.
11. Yaxşı məhsul verən, yaxşı məhsul yetirən; bərəkətli, münbit. Güclü torpaq. // Yaxşı inkişaf edən, tez böyüyən, tez məhsul verən. Güclü ağac.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

GÜCLÜ сильный, мощный, могучий ətraflı

Azərbaycanca-rusca lüğət

GÜCLÜ прил. 1. сильный: 1) обладающий большой физической силой. Güclü adam сильный человек, güclü qol (əl) сильная рука 2) имеющий твёрдый, волевой характер. ətraflı

Author: Obastan; Publisher: Obastan