HA₁

nida kimi aşağıdakı mənalarda işlənir: a) saqındırma, xəbərdarlıq və ya əmr, tapşırıq bildirir, habelə diqqəti cəlb etmək üçün işlədilir. Ona bir söz demə ha! Özünü gözlə ha! Ora getmə ha! – [Minnət xanım:] Ancaq mən olduğumu demə ha! Ü.Hacıbəyov. [Turac:] Ey, düz-əməlli danış ha! İ.Əfəndiyev. Kəblə Abbasəli naqanı tuşladı: – Al gəlsin, vurdum ha! Mir Cəlal. b) təkid, vaciblik, lazımlıq bildirir. Bizə gələrsən ha! Xahişimi unutma ha! – [Ana:] Qızlar, mənim bu balamdan muğayat olun ha! (Nağıl). c) heyranlıq, valehlik bildirir. Gözəldir ha! ç) intonasiyadan asılı olaraq, bəzən sözə, cümləyə istehza, rişxəndlik çaları verir. Amma yazmısan ha. Ay tutdun ha. – [Hatəm:] Budu ha!.. [Düşmən] gəlib çıxıb ey.. Ə.Əbülhəsən. d) təkrar bildirir – nə qədər. Ha deyirəm, təsir etmir. – Hər bir qəzeti əlimizə alsaq, görəcəyik ki, elə haman sözlərdir ki, ha eşidirik. C.Məmmədquluzadə.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

HA междометие употребляется для выражения 1. предупреждения; 2. настаивания; 3. иронии; 4. указания на повторность 5. для усиления качественной и иной оценки; ətraflı

Azərbaycanca-rusca lüğət

HA I межд. 1. смотри (употребляется для выражения предупреждения, предостережения и т. ətraflı

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

HA f. fars və əski Azərbaycan əlifbalarında hərfinin adı. ətraflı

İngiliscə-azərbaycanca lüğət

HA inter aa!, aha!, vay! (təəccüb, qəzəb, sevinc bildirən nida) ətraflı

Author: Obastan; Publisher: Obastan