HAÇA

is. və sif. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer. Alçaq əncir ağacının əyri haçasında oturan iki nəfər qara, yanıq oğlan uşağı bir-birinə püstə qabığı atırdı. Mir Cəlal. Tut ağacının balkona enmiş haça budağı arasından sayrışan ulduzlar görünürdü. İ.Hüseynov. // Ümumiyyətlə, haça şəklində olan. Dağın haça zirvəsi. – Giziroğlu Mustafa bəyin bir şeşpəri var idi ucu haça. “Koroğlu”. Sinə dümağ, quyruq haça; Bir quş qondu bir ağaca. M.Dilbazi. // məc. Üstüörtülü, ikibaşlı. Ataş [Mirzənin suallarındakı] haça mənanın fərqinə varmadan cavab verdi. Ə.Vəliyev.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

HAÇA 1. развилка, развилина, рассоха; 2. развилистый, раздвоенный; 3. подпорка с раздвоенным концом; ətraflı

Azərbaycanca-rusca lüğət

HAÇA I сущ. 1. развилина, развилка: 1) раздвоенный ствол или сук дерева. ətraflı

Azərbaycan dastanlarının leksikası

HAÇA 1. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı // ümumiyyətlə, haça şəklində olan. 2. Dustaq ətraflı

Author: Obastan; Publisher: Obastan