HADİSƏ

is. [ər.]
1. İctimai və ya şəxsi həyatda vaqe olan, baş verən hal; əhvalat, vaqiə, vəqə. Bütün bu hadisələr yanaşı oturan adamların təsəvvürlərində canlanır.. S.Rəhimov. Kənddə olmuş hər bir hadisənin, salınan hər bağın, əkilən hər ağacın, tikilən hər evin tarixçəsini [Xoşqədəm nənədən] soruşardılar. S.M.Qədirzadə.
2. Həyatın adi qaydasını, normal gedişini pozan iş, qəziyyə. Beynəlxalq hadisə. – Bu altı ilin içərisində bir çox hadisələr baş vermişdi. S.Hüseyn. [İdris] dərhal polk komandiri qarşısında hərbi salama durub, hadisə haqqında qısa raport verdi. Ə.Məmmədxanlı.
3. Əhvalat, vaqiə, macəra. Başıma belə bir hadisə gəlib. – Danabaşlar kəndinin xarakter hadisə və tipləri seçilmiş, ümumiləşdirilmişdir. M.İbrahimov. Mehman .. maraqlı hadisələr söylər, gülməli nağıllar danışar, ötübkeçənlərdən söhbət salar, kənddəki bəzi arvadların qoçaqlığından ürəkdolusu deyərdi. Ə.Vəliyev.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

HADİSƏ 1. происшествие, случай, казус, явление, событие; 2. инцидент; 3. феномен; ətraflı

Azərbaycanca-rusca lüğət

HADİSƏ I сущ. 1. происшествие (событие, приключение, случай; что-л., нарушившее обычный порядок вещей, нормальное течение жизни). ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

HADİSƏ əhvalat — qəza — macəra — vaqiə — qəziyyə ətraflı
HADİSƏ toqquşma — münaqişə ətraflı

Azərbaycanca-ingiliscə lüğət

HADİSƏ i. incident, event; (bədbəxt hadisə) accident; phenomenon (pl. ətraflı

Author: Obastan; Publisher: Obastan